Anar ticaret merkezini satdi – 90 faiz endirim


[r32]
– xeber –
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov ona məxsus ticarət mərkəzini satıb.
Azevronyus.com xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzalında yerləşən "Baku Outlet Park” ticarət mərkəzi əl dəyişib.
Ticarət mərkəzində çalışanlardan verilən məlumata görə, keçən həftə satılan ticarət mərkəzinin yeni sahibinin adı hələ ki, gizli saxlanılır.
Məlumatda deyilir ki, ticarət mərkəzinin sahibi təhvil-təslim üçün gəlsə də, onu görə bilməyiblər:
"Anar Məmmədovun özünü görmədik, amma nümayəndəsi Fəxrəddin müəllim ofisdə idi. Onlar mağazaları gəzib bəzi məlumatları yazdılar. Burda qonşuluqda bəzi mağazalar var ki, onlar neçə aydır icarə haqqını verə bilmir. Onlara deyiblər ki, narahat olmayın bütün mağazaların borcları sıfırlanacaq. Açığı buna çox sevindik”.
Məlumatı verən satıcı deyir ki, "Baku Outlet Park” ticarət mərkəzində alver çoxdan ölüb:
"Yerpulunun baha olması istər-istəməz mallara da təsirini göstərirdi. Ümidimiz buranın yeni sahibinədir. Buradan yüzlərlə insan evinə çörək aparır. Biz nə istəyirik? Əl-ələ verib dolanaq da..”.
Qeyd edək ki, Bakı avtovağzal kompleksindəki "Outlet park” 2011-ci ildə fəaliyyətə başlayıb. O, vaxt ölkə mətbuatı yazdı ki, yeni ticarət mərkəzi nəqliyyat naziri Ziya Məmmədova məxsusdur. Nazir isə bu faktı nə təsdiq, nə də ki, təkzib etdi.
Ticarət mərkəzindən verilən məlumata görə, 8500 kvadrat metr ərazidə fəaliyyət göstərən "Zara”, "H&M”, "Pull&bear”, "Bershka”, "Stradivarius”, "Adidas”, "Nike”, "Reebok”, "Puma” və s. markaların geyim və ayaqqabılarını il boyu böyük endirimlə müştərilərə təqdim olunur.
Məlumat üçün bildirək ki, XX əsrin 70-ci illərində ABŞ-da yaranan və 90-ci illərin sonunda məşhurluğun zirvəsinə çatan "outlet” mərkəzlər inkişaf etmiş ölkələrdə ildən-ilə daha da genişlənir. Son ildə belə mərkəzlərdə satışların həcmi 52% artıb. Bir qayda olaraq, belə dükanlarda ötən mövsümlərin modelləri satılır. Beləliklə, tanınmış brendlərin mallarını bəzən hətta 90%-ə çatan endirimlərlə əldə edə etmək olur.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org