Analoq yayim davam etdirilecek

11:24 – xeber – Azərbaycan ərazisində 1 dekabr tarixindən televiziya kanallarının analoq yayımının dayandırılmasına baxmayaraq kabel operatorların şəbəkələrində analoq yayımı davam etdiriləcək.
 
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Kabel Operatorları Assosiasiyasının icraçı katibi Əli Əliyev bildirib.
 
Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən kabel operatorların abunəçilərinin rəqəmli yayıma keçid ilə bağlı narahatlığı əsassızdır və analoq formatda KATV1 və Ailə TV kabel operatorlarının xidmətlərindən istifadə edənlər 1 dekabrdan sonra da bu yayımdan zövq ala bilər. Ə.Əliyev qeyd edib ki, analoq yayımın dayandırılması yalnız efir kanallarına aiddir və 1 dekabrdan sonra efir kanallarını izləmək üçün ya DVB-T rəqəmli formatı dəstəkləyən televizor olmalı, ya da bunun üçün ayrıca xüsusi DVB-T və ya DVB-S qəbuledici qoşulmalıdır. Lakin Azərbaycanda satılan müasir televizorlarının əksəriyyətində rəqəmli televiziyanı dəstəkləyən DVBT resiveri olduğu üçün əlavə cihaz almaq lazım deyildir. Kabel televiziyasında isə hər şey olduğu kimi qalacaq.
 
“Kabel operatorları isə öz abunəçilərinin tələbatlarını nəzərə alaraq analoq yayımı davam etdirəcəklər və buna üçün narahat olmağa dəyməz”, – deyərək Ə.Əliyev vətəndaşların bir hissəsinin son günlər böyük narahatlığına səbəb olan aktual məsələyə aydınlıq gətirib.
 
Assosiasiya rəsmisinin bildirdiyinə görə, rəqəmsal yayıma keçid Azərbaycanın da qoşulduğu Cenevrə konvensiyanın qərarları ilə bağlıdır. Həmin konvensiyaya görə rəqəmli yayıma keçid 2015-ci ildə başa çatmalı idi. Lakin MDB ölkələri, o cümlədən də Azərbaycan bu prosesi müəyyən qədər yubadıblar.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org