Amsterdamda Xocali rekviyemi basladi – Foto


[r32]
– xeber –
Bu gün Amsterdamda Azərbaycanın ən böyük diaspor təşkilatlarından olan Avropa Azərbaycanlıları Konqresinin (növbədənkənar) VI Qurultayı və Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş mərasimlərə start verilib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, hazırda Amsterdam şəhərində “De Rode Hoed (The Red Hat)” Mərkəzində simfonik orkestrın iştirakı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş rekviyem davam edir.
Sabah isə qurultayın açılışı olacaq. Əvvəlcə, Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin hesabatı dinləniləcək. Mandat komissiyasının məlumatından sonra Avropa Azərbaycanlıları Konqresinin rəhbər orqanlarının yeni tərkibi formalaşdırılacaq.
Panel müzakirələrində Azərbaycan Respublikası Prezidentinin "2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında" Sərəncamına uyğun olaraq Avropa ölkələrində Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyinin qeyd edilməsi ilə əlaqədar Avropa Azərbaycanlıları Konqresinin Tədbirlər Planı layihəsinin müzakirəsi keçiriləcək.
İkinci paneldə "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Avropa ölkələrində 1918-ci il 31 mart azərbaycanlıların soyqırımının yüzilliyinin qeyd edilməsi ilə əlaqədar Avropa Azərbaycanlıları Konqresinin Tədbirlər Planı layihəsi müzakirəyə çıxarılacaq.
"Azərbaycan diaporu və Azərbaycan mediası: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları" (KİV və diapor təşkilatları rəhbərlərinin iştirakı ilə) adı ilə keçiriləcək digər panel jurnalist Azər Həsrətin moderatorluğu ilə baş tutacaq.
Daha sonra Avropa Azərbaycanlıları Konqresinin Nizamnaməsinə əlavə və
dəyişikliklər, Аvropa Azərbaycanlıları Konqresinin 2018-2021-ci illər üçün fəaliyyət proqramı qəbul ediləcək.
Qurultay həmçinin Xocalı soyqırımı ilə bağlı bəyanat verəcək, “Metsamor” Atom Elektrik Stansiyası ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edəcək.
Qeyd edək ki, Azərbaycanın tanınmış media təmsilçiləri – “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı, APA Holdinqin prezidenti Vüsalə Mahirqızı, tanınmış jurnalist Azər Həsrət və digərləri sözügedən tədbirdə iştirak edirlər.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org