Amsterdamda soyqirimin 100 illiyinin tebligi muzakire edilir


[r32]
– xeber –
Niderland Krallığının paytaxtı Amsterdamda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Avropa ölkələrində kütləvi tədbirlərin keçirilməsi, o cümlədən 31 Mart soyqırımının 100 illiyi ilə bağlı qitədə təbliğat işlərinə start verilməsi ilə bağlı müzakirələr keçirilir.
APA-nın məlumatına görə, Avropa ölkələrindən toplanan diaspor təşkilatları, bir sıra ölkələrin siyasətçiləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə müzakirələr Avropa Azərbaycanlıları Konqresinin Amsterdamda bu gün baş tutan növbədənkənar qurultayı çərçivəsində olacaq.
Qurultayda Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycandan bir sıra aparıcı KİV-lərin rəhbərləri iştirak edir.
AAK prezidenti Sahil Qasımov bildirib ki, müzakirələr zamanı Azərbaycan prezidentinin “2018-ci ilin Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamına uyğun olaraq Avropa ölkələrində 100 illiyin qeyd edilməsi ilə əlaqədar tədbirlər planı qəbul ediləcək. Eyni tədbirlər planı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq qitə ölkələrində təbliğat işləri barədə qəbul olunacaq. Tədbirlər planında Avropa ölkələrinin rəsmi dairələrində soyqırımı ilə bağlı hüquqi sənədlərin tanınması, qanunverici orqanlarda sənədlərin müzakirəsi və s. məsələlər yer alır.
Qurultay Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org