Amerikali jurnalist: ”Ermeniler meni tehdid edir”

20:08 – xeber – Tanınmış amerikalı ekspert, müstəqil jurnalist Tomas Qolts REGİON TV-də yayımlanan "Günün ardınca" verilişinə açıqlamalar verib.
 
Verilişdə jurnalistin dilimizə yeni tərcümə olunan "Azərbaycan gündəliyi" kitabından söhbət açılıb.
 
Jurnalist bunları söyləyib: "Bu tam deyil, yarı akademik bir kitabdır. Amma akademiklər bu kitabdan bir mənbə kimi istifadə edirlər. Bu kitab Amerikada bestseller oldu".
 
Bildirək ki, “Azərbaycan gündəliyi” kitabında ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın ictimai-siyasi həyatında cərəyan edən hadisələr öz əksini tapıb. Müəllif, Dağlıq Qarabağda erməni işğalçılarının törətdikləri vəhşiliklərin, qaçqın və köçkünlərin doğma yurdlarından didərgin düşmələrinin canlı şahidi olub, qanlı döyüşləri görüb. Onun bu mövzuda yazdığı məqalələr ABŞ-ın bir sıra nüfuzlu kütləvi informasiya vasitələrində işıqlandırılıb.
 
Azərbaycan həqiqətlərini, ölkəmizin haqlı mövqeyini dünyaya çatdıran jurnalist ölkəmizlə bağlı xatirələrini bölüşüb: "Azərbaycanda ilk dəfə 1991-ci ildə Maştağada olmuşam. Azərbaycanı Maştağadan tanımağa başlamışam. Aşuranın axırıncı günlərindən biri idi".
 
Tanınmış jurnalist ermənilərin onu təhdid etdiyini də söyləyib: "Azərbaycan həqiqətlərini ABŞ-da təbliğ etmək çətindir mənim üçün. Çünki erməni lobbisi orada çox güclüdür. Eyni zamanda təhdidlərə də məruz qalıram. Mənə "yalançı Tomas" deyənlər də olur. Amma dözməliyəm".
 
Ulu öndər Heydər Əliyevlə görüşmək üçün 1993-cü ildə Naxçıvana səfər etdiyini xatırladan Tomas Qolts, kitabın ərsəyə gəlməsində Ulu Öndərin birbaşa göstərişinin olduğunu da vurğulayıb.
 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org