AMEA-da yeni merkez yaradilir

18:47 – xeber – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Multikulturalizm problemləri üzrə institutlararası elmi tədqiqat virtual mərkəzi təsis ediləcək.
 
Axar.az AMEA-nın saytına istinadən xəbər verir ki, Rəyasət Heyətinin qərarı ilə AMEA-nın nəzdində Multikulturalizm problemləri üzrə institutlararası elmi tədqiqat virtual mərkəzi təsis ediləcək. 2016-cı ildə AMEA, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun iştirakı ilə “Dünya multikulturalizm modelləri” mövzusunda lektoriya təşkil olunacaq. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi ilə birgə “Multikulturalizm ensiklopediyası” hazırlanacaq. Bundan əlavə, akademiyada fəlsəfə doktoru və elmlər doktoru hazırlığı proqramları çərçivəsində elmi fəaliyyətlə məşğul olanlara multikulturalizm üzrə elmi tədqiqat mövzularının verilməsi nəzərdə tutulub.
 
Rəyasət Heyətinin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev “Multikulturalizmin elmi-nəzəri əsasları və Azərbaycan reallığında inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.
 
Dövlət müşaviri ölkədə multikulturalizmin dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildiyini və bu sahədə uğurlu siyasətin aparıldığını bildirib.
 
Akademik multikultural təhlükəsizliyin əsasını təşkil edən istiqamətlərdən bəhs edərək deyib ki, hər bir ölkə öz enerji, iqtisadi və milli təhlükəsizliyini qorumaqla yanaşı, multikultural təhlükəsizliyini də təmin etməlidir. “Multikultural təhlükəsizliyin ümumi mahiyyəti etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması deməkdir”.
 
K.Abdullayev bildirib ki, ölkə daxilindəki müxtəlif konfessiyalara siyasi münasibətin bərabər şəkildə yönəldilməsi, ölkədə milli müxtəlifliyin qorunmasına dövlət qayğısının göstərilməsi, ölkədə yaşayan bütün xalqların və etnik qrupların mədəni dəyərlərinin mühafizəsinə dövlət və cəmiyyət tərəfindən dəstək verilməsi multikulturalizmin əsas prinsipləridir.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org