"AmCham" Azerbaycanla dialoqu davam etdirir

– xeber – Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) son dövrlərdə həyata keçirilən ciddi iqtisadi islahat təşəbbüslərinin dəstəklənməsi məqsədilə ölkə hökuməti ilə dialoqunu davam etdirir. Müzakirə edilən məsələlər gündəliyinə xüsusi olaraq ölkədə sahibkarlıq fəaliyyətinin asanlaşdırılması və ölkənin investisiyalar üçün cəlbediciliyinin artırılması daxildir.

 

Axar.az Palataya istinadən xəbər verir ki, dialoq bir sıra istiqamətlər üzrə artıq konkret qərarların qəbul edilməsi ilə nəticələnib.

 

Belə qərarlardan biri cinayət tərkibi yaradan vergidən yayınma əməli üçün müəyyən olunmuş hədlərin artırılması ilə bağlı “AmCham” tərəfindən irəli sürülmüş təklifin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəstəklənməsi və Cinayət Məcəlləsinə bununla bağlı müvafiq dəyişikliyin edilməsidir. Artıq bu ilin iyunun 1-dən qüvvəyə minən dəyişikliklə xeyli miqdarda vergi ödəməkdən yayınmaya görə cinayət məsuliyyətinə cəlb edilmə həddi 2 000 manatdan 20 000 manatadək, külli miqdarda yayınmaya görə isə 50 000 manatdan 100 000 manatadək artırılıb.

 

"Palata bu qərarı alqışlayır və hesab edir ki, bu dəyişiklik sahibkarlıq subyektlərində etimadın gücləndirilməsinə, sosial ədalətin təmin edilməsinə və tənzimləmə yükünün və xərclərinin azaldılmasına töhfə verəcək. Əminik ki, hazırda müzakirələrin davam etdiyi bir sıra digər istiqamətlər üzrə də müsbət irəliləyişə nail olunacaq. Biz Azərbaycan iqtisadiyyatının daha da güclənməsi və rəqabət qabiliyyətliyinin artırılması istiqamətində bütün tərəfdaşlarımızla işləmək əzmindəyik”, – deyə "AmCham"ın məlumatında qeyd olunub.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org