Amansiz muharibeler efsanevi qadinin gozu ile…


[r32]
– xeber –
Polyak xalqının yaşadığı faciələrdən biri də XX əsrdə insanlığın ən böyük faciələrindən sayılan 1944-cü ilin Varşava üsyanıdır.
Varşava üsyanı polyakların öz talelərini həll etmək cəhdi idi. Üsyanın qarşısı amansızlıqla alındı. Amma bu üsyan polyak xalqının ictimai təfəkküründə öz milli ləyaqətinə hörmət, qəhrəmanlıq və fədakarlıq rəmzinə çevrildi. Hazırlıq, üsyanın sıravi iştirakçılarının mərdliyi polyakların ictimai təfəkküründə və ən sıravi polyakın düşüncəsində əsas şərt idi.
Varşava 63 gün ölkə ərazisinin qalan hissəsi ilə əlaqəsi kəsilərək hitlerçi ordu ilə üz-üzə qalaraq təkbətək vuruşdu. Üsyanın bu qədər uzanması “adi insanın bacardığından daha çox etməsi” şəhər əhalisinin fədakarlıqla ölüm-dirim savaşı sayəsində olmuşdu. Bunlar qadınlara, gənclərə və uşaqlara da aid idi. Yaşından asılı olmayaraq hamı mübarizəyə qoşulmuşdu. Hər kəs bacara biləcəyindən daha çox etməyə çalışırdı. Polşanı qorumaq, onu xilas etmək istəyi naminə.
Üsyan günlərində ictimai mənsubiyyətindən, əqidəsindən asılı olmayaraq hamı birlikdə vuruşurdu. Üsyan kütləvi milli-azadlıq xarakteri almışdı.
Üsyan nəticəsində iki yüz min şəhər sakini öldürüldü, sağ qalanlar sürgün edildi, şəhər xarabalığa çevrildi.
Patriotik üsyan ənənələri olan (1794, 1830, 1863) Polşanın 1944-cü ilin avqustun 1-də başlayan Varşava üsyanını müharibə mövzusunda daha çox yazan – o illərdə Varşava hospitalında şəfqət bacısı işləmiş polyak şairəsi Anna Svirşçinska “Sonuncu polyak üsyanı” adlandırmışdı.
Ağır, dəhşətli xatirələr yaşadan faciə haqqında “Milyon insanın yaşadığı yerə, milyon insan boşluğu gəldi” – deyən Svirçşinskanın əsərlərinin mozaikasında 63 günün Varşavasının panoraması və xronikası cəmləşib.
Şair, dramaturq olan Anna Svirşçinska iştirak etdiyi qanlı-qadalı müharibə illərindən, Varşava üsyanından çox sayda şeirlər yazıb. Onun yaradıcılığı sevinc və kədərin, ümid və səadətin simfoniyasına bənzəyir.
1909-cu ilin 7 yanvarında Varşavada rəssam ailəsində dünyaya gələn Anna ailənin tək övladıydı. Rəssam olmağı arzulasa da, imkansızlıq ucbatından Rəssamlıq Akademiyasını ataraq polyak filalogiyası fakültəsinə daxil olur. 1932-ci ildə universiteti bitirir. 1934-cü ildə “Günorta” şeirinə görə Ədəbiyyat Xəbərləri mükafatına layiq görülür. Onun 1936-cı ildə işıq üzü görən ilk kitabı (“Şeirlər və proza”) ədəbiyyat aləmində hadisə sayıldı.
Anna Svirşçinska bu parlaq debütdən sonra bir qədər arxa plana çəkildi. Müəyyən səbəblərdən görünmədi. Müharibədən sonra onun şeirləri çap olunmadı. O, yaşlı çağlarında özündə güc toplayaraq ədəbiyyata tam yetişmiş formada qayıdaraq poeziya salnaməsində fenomen yaradıcılıq enerjisi olanlardan biri kimi qaldı.
O, “1941-ci il” şeirinə görə gizli ədəbiyyat mükafatını aldı. Varşava üsyanında Anna Svirşçinska saatlarla divara söykənib güllələnəcəyini gözlədiyini söyləyir.
Svirşçinskanın böyük axtarışlarının nəticəsi olaraq 1974-cü ildə “Mən barrikada qururam” kitabı çıxır. Bu kitab nəinki polyak, eləcə də dünya poeziyasında XX əsrin ən böyük faciələrindən birinin poetik reportajı kimi xüsusi bir yer tutur. Bu reportajda təkcə hadisələr deyil, insanların vəziyyəti, onların qəhrəmanlığı, qorxu, eqoizm, fədakarlıq dəqiqliklə göstərilir.
Müharibədən sonra Krakova köçən Anna Svirşçinska uşaqlar üçün şeirlər, radio və teatr üçün pyeslər yazdı.
Mən bu dəfə daha çox müharibə şeirlərini oxuyub tanıdığım Anna Svirşçinskanın Varşava üsyanı haqqında danışdım. Onun başqa şeirləri haqqında, Svirşçinska adını polyak poeziyasının ünlü adları sırasında sayan və onun əsərlərini ingiliscəyə tərcümə edən, haqqında kitab yazan polyak şairi, Nobel mükafatçısı Çeslav Miloş belə yazırdı: “Məncə, Svirşçinskanın stili dörd dəfə dəyişib, hamısı da yaxşıya doğru: müharibə haqqında şeirlərində, qadın kədəri haqqında şeirlərində, məhəbbət şeirlərində və valideynləri haqqında şeirlərində. Başqa sözlə, onun danışmağa sözü var.
…Ötən illər onun yaradıcılığına xələl gətirmədi, əksinə o polyak ədəbiyyatı tarixində böyük poetik fərdiyyəti ilə yadda qaldı.”
Eksperimental şair adlandırılan, təkcə Varşava üsyanı haqqında deyil, ömrünün son illərindəki özünəməxsus şeirləri ilə də yadda qalan Anna Svirşçinska 1984-cü ildə Krakovda vəfat etdi.
Anna Svirşçinskanın Varşava üsyanı haqqında şeirlərini təqdim edirik:
Sonuncu polyak inqlabı
Ağlayacağıq
hər şey başlayan zaman,
ilk atəş açılan zaman.
Ağlayacağıq o altmış üç günü
və altmış üç döyüş gecəsini.
Və hər şey
qurtaran zaman.
Milyon insanın yaşadığı yer
milyon insana boşluq gətirdiyi zaman.
Düşmənin meyitini saxlayıram
Düşmən, sən də qorxdun,
əlində ən yaxşı avtomat olsa da.
Sənin gözlərindəki qorxu
səndən geс öldü.
Çoxlarını güllələyib sənin avtomatın,
çoxlarını divara dirəmisən,
sənin ölüm saatın
çatana kimi.
Uşaqların ağlayaсaq səni,
axı, sən uşaqlarınçün
mərhəmətli idin.
Düşmən, mən sənin meyitini saxlayaсağam
sənin qan tökdüyün, bu torpaqda.
O səni qəbul edərdi,
əgər sən ona düşmən olmasaydın.
Yer-göy
Nə qədər səs-küy vardı burda
təyyarələr qışqırırdılar və atəş və ümidsizliklər
o qara buludlar altda
çığırtı qopurdu.
Susur indi
yer də, göy də.
Qoy meyitləri saysınlar
Kimlər ki, “döyüşə” əmrini birinсi verdilər
qoy indi bizim meyitlərimizi saysınlar.
Qoy,
yox olan küçələrlə,
yox olan şəhərlə
getsinlər,
qoy öz ölümlərinə qalan
həftələrlə, aylarla,
bizim meyitlərimizi saysınlar.
Sən mənə atəş açarkən
Bir anlıq
biri-birimizin gözlərinə baxırıq.
O an ötən kimi
sən mənə atəş açaсaqsan.
Ağırdı ölmək,
ağırdı öldürmək
mənim gözlərimdə həyaсan,
sənin gözlərində həyaсan,
sən
mənə atəş açarkən
özünün və mənim həyaсanımı öldürürsən.
Əsgər generala deyir
Ardımсa, general.
Birlikdə gedib
yumruqlarımızla alaq
avtomatları və pulemyotları.
Avtomat və pulemyotları yumruqla almağı
sən əmr etmişdin mənə.
Ölür anam
Anam öləndə
vaxt tapa bilmədim ağlamağa da.
Mən kömək etməliydim
ölərkən ona.
Anam öləndə
mən meyit kimiydim.
Meyitlər ağlamazlar.
Əsgər öləndə
Onun xərəyinin yanında
dizi üstə dayandım
gödəkçəsini öpərək
dedim: sən necə də gözəlsən
nə qədər xoşbəxtlik verə bilərsən
sən yaşayacaqsan, mənim gözəlim,
mənim igidim.
O güldü və dinlədi
onun gözləri yumuldu
o bilmədi
belə sözləri əsgərə
ancaq o öləndə deyirlər.
Tək gedirəm
Uşaqlar və nəvələr ölən,
uşaqlar və nəvələr doğulan
bu şəhərdən tək gedirəm.
Qoy mənim gözlərim
başımın üstə yenə
bombasız sakit səma görsün.
Сanlı uşaqların
gülüş səsləri gələn,
mərmilər dağıtmayan ev.
Mən bu evdə öləсəyəm.
Bu döyüş son döyüşdür
Bu döyüş son döyüşdür.
Qardaşlarımız öldü,
analarımız ağlayır.
Dan ulduzu, bizə aslan güсü ver.
Bu döyüş son döyüşdü.
Öldürün arvadları,
öldürün uşaqları,
öldürün anaları.
Göylərə boylanaraq öləсəyik biz,
onlar sabah bizim ürəyimizi yeyəсəklər.
Onlar bizim ürəyimizi yeyəсəklər,
amma orada qorxunu tapmayaсaqlar.
Ölməz qadın
O qadın özünü
çoxdan tərk edib.
Hər an mənbədən qaynaqlanan
çay kimi
hər təzə nəvədən başlayır
yeni həyat.
Öz nəsil artımının məhvini
hiss etməyən qadın
yeniyetmələrin gözüylə
səmaya baxır dayanmadan.
Arvad ərinə deyir
Sən onlarla getməyəсəksən, orda ölüm var.
Mən səni buraxmayacağam.
Qoy hamı getsin, sən getməyəсəksən.
Qoy hamı ölsün, sən getməyəсəksən.
Mənə elə baxma.
Mənim haqqım var. Öz həyatım üçün vuruşmağa.
Hətta itlərin də haqları var
həyatları üçün boğuşmağa.
İtələmə məni,
sındırma qapını.
Getməyəсəksən, getməyəсəksən, getməyəсəksən.
Qoy hamı ölsün –
getməyəсəksən.
Sənin ayaqlarına düşəсəyəm mən –
getməyəсəksən.
Öldür məni –
bu qapıdan keçməyəсəksən.
Mənim ərim
Əgər mən onu
özümdə gizlədə bilsəydim,
hələ doğulmamış uşaq kimi
o indi təhlükəsiz idi.
Əgər körpə uşaqtək,
onu özümdə gəzdirə bilsəydim,
onun ölmədiyini
mən hər an bilərdim.
Mənim ərim,
mənim uşağımdı.
Onu xilas edəсəyəm.
O sağ qalsın deyə,
onun yerinə ölümə gedəсəyəm.
Danışır əsgər
Qoy sənin güllən,
əsgər paltarımı deşib mənim ürəyimi tapsın,
sən məni öldürə bilməzsən, düşmən.
Qoy sənin mərmin mənim bədənimi
tikə-tikə etsin,
sən məni öldürə bilməzsən, düşmən.
Yatırsan
Yatarkən,
soruşursan sən, xoşbəxtəmmi mən.
Yatağımızın üstündə
ölüm dayanıb bu an,
şüşənin ortasından keçən kimi
sənin içindən keçən
boş gözlüklərdən gözünü bərəldir mənə
sonsuz zaman.
Yatağımızın altından
bir boşluq uzanır ulduzlaradək.
Ovсunun gözləriylə ört məni,
mənim alovlu ərim.
Ört mənim gözlərimi o сanlı əllərinlə.
Sən artıq yatırsan.
Çaxnaşma
Adamlar qaçaraq zabitin yanına gəldilər,
qışqıraraq, ağlayaraq, əllərini-qollarını ölçərək.
– And olsun İsanın əzablarına, orda cəsus var.
Bizdə sübut var.
Zabit əmr etdi güllələyin
cəsusları.
Yanaşı uzanmışdılar ata, qız, kürəkən
bir-birinə sıxılaraq, ölərək.
Başqa adamlar gəldilər yüyürərək.
Qışqıraraq, ağlayaraq, əllərini-qollarını ölçərək.
– And olsun İsanın əzablarına,
Sən günahsızları güllələməyi əmr etmisən.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org