Almaniya sirketlerinin Azerbaycana maragi artir

19:35 – xeber – İqtisadi konyukturanın zəifləməsinə baxmayaraq, Almaniya şirkətləri Azərbaycan şirkətləri ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.
 
Report xəbər verir ki, bunu Alman-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndəsi Mayl Hofman bildirib.
 
Onun sözlərinə görə, Azərbaycan tədricən ixracatçı ölkədən istehsalçı ölkəyə çevrilir: "Bu da qeyri-neft sektorunun nümayəndələri arasında əməkdaşlığın inkişafı üçün böyük imkanların və potensialın olduğunu ehtiva edir".
 
Qeyd edək ki, bu gün Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatasının “Sənayenin təkmilləşdirilməsi üçün innovativ texnologiyalar” mövzusunda texnologiya forumu keçirilib. Forum Saksoniya vilayətindən olan müəssisələrin Azərbaycana səfəri ilə əlaqədar olaraq "Sachsen GmbH." İqtisadi Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edilir.
 
Tədbirin rəsmi açılış mərasimindən və şirkətlərin təqdimatından sonra Almaniya və Azərbaycan müəssisələri arasında maşınqayırma və avadanlıqlar, neft-kimya və kimya sənayesi, enerji təchizatı və nəzarət, elektrotexnika, qaynaq avadanlığı, gəmiqayırma və təmiri, kran, tikinti və daşınmaz əmlak, əməliyyat təhlükəsizliyi vasitələri sahələrini təmsil edən şirkətlərlə ikitərəfli görüşlər baş tutub.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org