22:11 – xeber – Böyük Britaniyanın Avropa Birliyindən çıxması alyansa qarşı inamın itməsinə səbəb olacaq.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniyanın vitse-kansleri Ziqmar Qabriel söyləyib. Onun sözlərinə görə, Londonun bu addımı Böyük Britaniya ilə bərabər Avropa Birliyinə də ziyan vuracaq.
Qeyd edək ki, Böyük Britaniyanın AB-dən çıxması ilə bağlı referendum iyunun 23-də keçiriləcək.