Alman narazi, millimiz razi, netice ise…


[r32]
– xeber –
Möhtəşəm atmosfer var idi. Buna görə də, azarkeşlərə minnətdarlıq edirəm.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.
Matçdan sonra təşkil edilən mətbuat konfransında xorvatiyalı mütəxəssis fikrini bu sözlərlə davam etdirib:
“Komandam yaxşı, əzmkar oyun nümayiş etdirdi. Kimə qarşı oynadığımızı bilirdik. Amma müdafiəyə oturmadıq, hücumlar da etdik. Almaniya səhvləri bağışlamır. Komandamızla fəxr etmək olar. Çünki belə rəqiblə çəkinmədən oynadılar, hücumlar etdilər. Komandamız bu gün maksimum gücünü ortaya qoydu. Kim peşəkar səviyyədə futbol oynayıbsa, məni başa düşər. Rəqib çox güclü idi. Almaniya millisinin oyunçuları həftədə iki dəfə yüksək səviyyədə oyun göstərirlər. Ölkə çempionatında və Çempionlar Liqasında iştirak edirlər. Bu komandanın dünya çempionu olması təsadüfi deyil”.
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv oyundan razı qalsa da, komandasından daha yaxşı oyun gözlədiyini deyib:
“Bundan da yaxşısını bacararıq. Bu gün istədiyim oyunu tam görmədim. Onu da deyim ki, 5 və 8 il əvvəlki ilə müqayisədə tam fərqli Azərbaycan yığması gördüm. Müdafiəyə oturmur, əzmkar futbol göstərir, hücuma atılır. Norveçi məğlub edən komandadan söhbət gedir. Biz buna hazır idik. Azərbaycan yığmasının bugünkü oyunu çox xoşuma gəldi. Ötən illərlə müqayisədə bu komanda çox inkişaf edib”.
Andre Şürrlenin çıxışını şərh edən məşqçi deyib: “Şürrle “Borussiya”da daim oynamasa da, onu dəvət etdim. Dünənki məşqdən razı qalmışdım. Açığı, ondan bu cür oyun gözləmirdim. 2 qol vurdu və necə keyfiyyətli futbolçu olduğunu ortaya qoydu. O, bizim üçün çox vacib futbolçudur”.
Qeyd edək ki, Dünya Çempionatı -2018-in seçmə mərhələsində Almaniyanı qəbul edən yığmamız 4:1 hesabı ilə məğlub olub.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org