Alman mediasi Qarabagla bagli heqiqet axtarisinda…

01:26 – xeber – Aprelin əvvəlində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş gərginlik dünya ictimaiyyətinin, eləcə də medianın diqqətini bölgəyə yönəltdi. Qərb mətbuatı cəbhə bölgəsində baş verənlərə daha çox yer ayırdı. Halbuki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Avropa mediasinda son illərdə sanki unudulmuşdu.
 
AzərTac xəbər verir ki, son günlər isə təmas xəttində baş verən hadisələr Avropa mətbuatının əsas mövzulardan birinə çevrilib. Bu baxımdan Almaniya mətbuatı da istisna deyil. Baş verən hadisələrlə bağlı təkcə aprelin ilk iki həftəsi ərzində Almaniyanın aşağıdakı mətbuat orqanlarında məlumatlar yayılıb: “Frankfurter Allgemeine Zeitung” gündəlik qəzeti – 19 məqalə; “Zeit” həftəlik qəzeti – 11 məqalə; “Spiegel” jurnalı – 9 məqalə; “Neues Deutschland” gündəlik qəzeti – 7 məqalə.
 
Bunlar Almaniyanın aparıcı mətbuat orqanlarıdır. Belə sual yaranır: Həmin mətbuat orqanlarında dərc olunan informasiyalar hadisələri nə dərəcədə obyektiv işıqlandırır?
 
Berlin Humboldt Universitetində keçirilən tədbir məhz bu məsələyə – Almaniya mətbuatında Dağlıq Qarabağ münaqişəsinin işıqlandırılması məsələsinə həsr olunmuşdu. Bu Universitetdə fəaliyyət göstərən Azərbaycan tarixi kafedrası və “EuroKaukAsia” Elmi-Mədəni Araşdırmalar Mərkəzi bir il əvvəl birgə apardıqları fundamental tədqiqat işinin yekunlarını (1988-2008 illərdə alman mətbuatında Dağlıq-Qarabağ münaqişəsinin işıqlandırılması) bir neçə dəfə ekspertlərin müzakirəsinə verib və üç dildə (Azərbaycan, alman və ingilis) ayrı-ayrılıqda çap edib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən, müasir kompyuter proqramlarına və eyni zamanda, obyektivlik anlayışının Qərb aləmində ümumən qəbul olunan kriteriyalarına əsaslanan bu ciddi və əhəmiyyətli layihə son dərəcə heyrətdoğurucu nəticələr üzə çıxardı: Alman mətbuatında Dağlıq Qarabağ münaqişəsinin əksər hallarda tamamilə qeyri-obyektiv, qondarma stereotiplər əsasında şərh edilməsi məlum oldu. Yəni, burada artıq kiminsə münaqişə haqqında nə qədər məlumatlı olub-olmamasından asılı olmayaraq, hər kəsə aydın görünür ki, mətbuatda gedən yazıların əksəriyyəti subyektiv mövqedən, daha dəqiq desək ermənipərəst mövqedən qələmə alınıb.
 
Aprel hadisələri zamanı layihənin araşdırıcı qrupu yenidən həmin media qurumlarının yaydıqları xəbərlərlə bağlı monitorinq aparıb. Araşdırmanın nəticələri əvvəlki 20 illik dövrün nəticələri ilə müqayisə edilib. Əldə olunan ümumi qənaət bu olub ki, bir sıra məsələlərdə xeyli irəliləyişlər var. Məsələn, əvvəllər olduğu kimi, artıq məqalələrin böyük əksəriyyətində “etnik-dini münaqişə”, “müsəlman azərbaycanlıların xristian ermənilərlə qarşıdurması” kimi ifadələrdən istifadə olunmur, münaqişənin əsas səbəbi kimi ermənilərin separatçılıq fəaliyyətləri və Ermənistanın Azərbaycana qarşı ərazi iddiası birbaşa qeyd edilir. Münaqişənin tarixini oxucularına xatırladan zaman alman müəlliflər ötən illərdə olduğu kimi, yalnız Sumqayıt və Bakıda olan qarşıdurmalardan deyil, həmçinin bir milyon azərbaycanlının Dağlıq Qarabağdan və Ermənistandan zorla qovulmasını, öz ölkələrində qaçqın, köçkünə çevrilmələrini də qeyd edirlər. Əvvəllər olduğu kimi, artıq ermənilər “qurbanlıq quzu” obrazında, azərbaycanlılar isə “təcavüzkar” rolunda təqdim olunmur.
 
Tədbirin aparıcısı professor Eva-Maria Aux bildirib ki, Almaniya mediası yalnız indi-indi yuxarıda qeyd etdiyimiz yanlışlıqlardan, ikili standartlardan xilas olmağa başlayır. Ona görə də onun oxucularının bu günə qədər Dağlıq Qarabağ münaqişəsi barədə obyektiv həqiqətləri bilməməsi yəqin ki, o qədər də təəccüblü olmamalıdır.
 
Professor Aux qeyd edib ki, alman mediası son dövrlərdə münaqişənin işıqlandırılmasında yanlış stereotiplərdən uzaqlaşmağa çalışsa da, təəssüf ki, bu məsələdə hələ də bir sıra problemlər qalır. Məsələn, bəzi jurnalistlər Ermənistanla Azərbaycan arasındaki münaqişədən bəhs edərkən 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələrin üzərinə gedir, bunları bir-biri ilə bağlayır. Halbuki dünya tarixindən az-çox məlumatı olan hər kəsə bəllidir ki, azərbaycanlıların Osmanlı imperiyasındakı tarixi hadisələrlə heç bir əlaqəsi yoxdur. Ona görə də hazırlıqsız, az məlumatlı oxucuların fikrini azdırmaq, onlara uydurma məlumat vermək cəhdi yolverilməzdir. Mediada bəzi təhriflərdən biri də bu idi ki, bəzi jurnalistlər sanki Qarabağda Azərbaycan ordusuna qarşı duran qüvvənin işğalçı Ermənistanın nizami ordusu deyil, keçmiş muxtar vilayətdə yaşayan ermənilərin “özünümüdafiə qüvvələri” olduğunu yazırdılar. 20-25 il əvvəl belə uydurma məlumatları yazan jurnalistlər bəlkə də informasiya almaq imkanlarının zəif olmasına görə özlərinə haqq qazandıra bilərdilər. Lakin bu gün artıq faktları, həqiqətləri qəsdən təhrif edən müəlliflərin işləri çətinə düşür. Çünki onların bir çox həmkarları indi həmin yanlışlıqlardan daha uzaq durmağa çalışırlar. “Bizim araşdırmadan alınan ümidverici nəticələrdən biri bundan ibarətdir ki, zaman keçdikcə belə uydurma miflər yavaş-yavaş sıradan çıxır və alman oxucularının-vətəndaşlarının münaqişə haqqında düzgün, obyektiv və həqiqətə uyğun məlumat almaq şansları artır”, – deyə xanım Aux vurğulayıb.
 
Tədbirdə çıxış edən tanınmış alman şərqşünası, professor Udo Ştaynbax öz təhlilini daha çox Qarabağ probleminin dünyada gedən bugünkü siyasi proseslərin və böyük dövlətlərin geosiyasi maraqlarının toqquşmaları kontekstində izah edib. Digər çıxış edənlər müzakirə olunan problemin ayrı-ayrı aspektlərinə toxunub, eyni zamanda, bəhs olunan layihənin həm alman mediasının özü, həm ekspert və siyasətçilər üçün, həm də bütövlükdə ölkə ictimaiyyəti üçün əhəmiyyətini qeyd ediblər. Media monitorinqinin mütəmadi olaraq aparılmasının və onun təhlilinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org