Alman kinorejissoru AMEA-da oldu

11:37 – xeber – Mayın 26-da alman kinorejissoru Fridhelm Brüknerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda olub.
 
Axar.az-a Tarix İnstitutunun mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə institutun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov alman qonaqlara Azərbaycanın Avropa, o cümlədən Almaniya ilə siyasi və mədəni əlaqələrin tarixi, ölkəmizə səyahət edən xarici səyyahların əsərləri, XIX əsrdə Azərbaycanın qərbində salınan alman məskənləri, Simenslərin Azərbaycandakı fəaliyyəti haqqında geniş məlumat verib:
 
“Tarix İnstitutu Almaniyanın Berlin şəhərinin Bundesarxiv, Xarici İşlər Nazirliyinin Siyasi Arxivi və Prussiya Mədəni İrsinin Gizli Dövlət Arxivində Azərbaycan tarixi ilə bağlı bır sıra sənədlərin kataloqlarını ölkəmizə gətirib”.
 
Alman rejissoru Fridhelm Brükner Azərbaycan və Gürcüstanda mövcud olan alman irsini sənədləşdirən film layihəsi üzərində işləyir.
 
“Layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanda və digər Qafqaz ölkələrində yaşamış almanların irsinin dünyaya çatdırılmasıdır”, – deyə Brükner bildirib.
 
Kinorejissor F.Brükner qeyd edib ki, bu film layihəsi Azərbaycanın həm Almaniyada, həm də Avropada tanınmasına böyük təsir göstərəcək.
 
Sonda tarixçi-alim Y.Mahmudov Azərbaycan həqiqətlərinin Almaniyada təbliğatının gücləndirilməsinin vacibliyini bildirib.
 
Qeyd edək ki, 2016-2017-ci illərdə YUNESKO-nun yubileylər proqramı çərçivəsində Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının (1817) 200 illik yubileyinin qeyd olunması ilə bağlı qəbul olunmuş qərara əsasən Azərbaycanda mövcud olan alman irsi haqqında film çəkiləcək.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org