Alman alim Azerbaycan heqiqetlerinden danisdi

18:57 – xeber – Oktyabrın 1-də Nardaran Bilik Evində Beşinci Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Osvald fon Volkenstayn Cəmiyyətinin prezidenti, Almaniyanın Vürtsburq Universitetinin və Bakı Slavyan Universitetinin nəzdindəki Germanistika İnstitutunun professoru xanım Ziqlinde Hartman "Azərbaycan multikulturalizminin üfüqləri” mövzusunda mühazirə oxuyub. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə keçirilib.
 
Bilik Fondundan Axar.az-a bildiriblər ki, görüşdə fondun aparat rəhbəri, professor İsaxan Vəliyev Beynəlxalq Humanitar Forumun yüksək səviyyədə keçdiyini, Prezident İlham Əliyevin açılış nitqinin qonaqlarda xoş təəssürat yaratdığını vurğulayıb. Aparat rəhbəri "Kitabi-Dədə Qorqud" dastanının alman dilinə tərcüməsindən danışıb. O, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin fikirlərini xatırladıb: “Bu, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, multikultural əhvalının dünyaya təqdim formalarından biridir”.
 
İ.Vəliyev Z.Hartmanın Azərbaycan həqiqətlərinin Avropada yayılmasında, tarix və mədəniyyətimizin təbliğində, xüsusilə “Kitabi-Dədə Qorqud” dastanının alman oxucularına çatdırılmasında xidmətlərini qeyd edib.
 
Nardaran Bilik Evinin və 295 nömrəli orta məktəbin direktoru, Milli Məclisin deputatı Dilarə Cəbrayılova Azərbaycan-alman dostluğunun tarixindən danışıb, maraqlı mühazirə və yaddaqalan görüşə görə fonda və alman alimə minnətdarlığını bildirib.
 
Z.Hartman Bilik Fondu tərəfindən keçirilən, xalqın marağına səbəb olan çoxlu sayda layihələrin əhəmiyyətini vurğulayıb.
 
Qəsəbə sakinləri, müəllim və şagirdlər alman aliminin fikirlərini maraqla dinləyiblər. Onların sualları cavablandırılıb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org