Allahin movcudlugu haqda – 5 dehsetli fakt

22:26 – xeber – Dünya əhalisinin 20 faizə qədəri ateistlərdir. İbadət əhli olan milyonlarla insan anlaya bilmir ki, bu 20 faiz əhali nəyə əsaslanaraq Allahı inkar edir. Halbuki Allahın mövcudluğuna dair yetərincə fakt var və bir gün axirətin olacağı bəllidir.
 
Axar.az Publika.az-a istinadla Allahın mövcudluğu haqqındada milyonlarla faktdan 5-ni təqdim edir.
 
Bu faktlar xüsusilə xristian inanclı insanların istinad etdikləridir. Xristian inanclı insanlar hesab edir ki, bu faktlar dünyanın sonuna – axirətə inamı artırır.
 
1. İsa peyğəmbərin anadan olmasından sonra yazılan “Apokalipsis ana” kitabında bugünkü kəşflər aydın şəkildə göstərilir.
 
Dəmir yolu, gəmilər, avtomobillər, hətta kompüterin ixtirası həmin kitabda qeyd olunur. “Uzaqda olan iki nəfər elə danışacaq ki, sanki üz-üzə dayanıblar”. Kitabda yazılan bu sözlər bu gün Skayp və digər proqramlar vasitəsilə virtual söhbətə işarə edir.
 
“Dəmir at olacaq” – Tank
 
“Göydə dəmir quş uçacaq” – Təyyarə
 
“Suda dəmir balıq üzəcək” – Sualtı gəmir
 
“Qadınlar öz qarınlarında başqasının uşaqlarını daşıayacaq” – Süni mayalanma.
 
2. İkonalardan göz yaşı axacaq.
 
SSRİ qurularkən Polşada repressiyalar baş verdi. Bir gün kilsələrin birində Məryəm ana ikonasının gözlərindən yaş axdığı deyilir. Həmin vaxtdan bu ikona Polşanın rəmzinə çevrilib.
 
3. Kiyevdə kilsələrin birində uşaqla birlikdə olan ikonanın əksi divarda görünür. Alimlər nə qədər axtarsalar da, bunun izahını tapa bilmirlər. Ukrayna kilsəsinin keşişi bunu möcüzə kimi qiymətləndirib.
 
4. İbadət edən şəxslərin bəziləri həyatın bütün nemətlərindən imtina edərək, yalnız Allahla təmasda olurlar. İddialara görə, belə şəxslər ölərkən cəsədləri nə çürüyür, nə də iylənir. Sadəcə rəngi qaralır.
 
5. Möcüzələrdən biri kimi Qüdsdə Mələklər kilsəsindən çıxan odu göstərirlər. Bəziləri düşünürlər ki, həmin od öz-özünə çıxır. Xüsusilə hər Pasxa bayramının altıncı günü od alovlanır.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org