Alimlerin genclik yasi mueyyenlesdi

3 Yanvar 2016 09:00 – xeber –

Azərbaycanda "Gənclər siyasəti haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi üçün hazırlanan paketdə alimlər üçün gənclik yaşının ən azı 35, ən çoxu 40 kimi qəbul edilməsi təklif edilir.

Olkem.az xəbər verir ki, bunu Trend-ə gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.
Nazir müavinin sözlərinə görə, bu yaş keçirilən çoxsaylı müzakirələr nəticəsində müəyyənləşib: "Gənclik yaşı 40-dan yuxarı ola bilməz. Gənclik yaş senzinin 35-dən aşağı olması da işimizə bir o qədər də müsbət təsir etməz. Hesab edirik ki, 35 normal yaşdır. Buna görə də ən azı, 35 yaşın olmasını təklif edirik".
İ.Babayev qeyd edib ki, yeni layihədə gənclərin elm sahəsinə cəlb edilməsi üçün stimullaşdırılma ilə də bağlı bəndlərin öz əksini tapacağı gözlənilir.
İ.Babayev əlavə edib ki, "Gənclər siyasəti haqqında" ilk qanun 2002-ci ildə qəbul olunan zaman sırf çərçivə, əsas istiqamətləri müəyyən edən qanun idi. 2007-ci ildə artıq qanuna düzəlişlər olunarkən bir sıra bəndlərdə daha da dəqiqləşdimələr həyata keçirilib.
Nazir müavini hesab edir ki, aparılan təhlillərin nəticələrinə əsasən, artıq "Gənclik siyasəti haqqında" qanun çox təkmil sayılır: "Bu gün "Gənclər siyasəti" haqqında qanunda "gənc ailə", "gənclər təşkilatları", "gənc vətəndaş" anlayışları göstərilsə də, "gənc alim" bir anlayış kimi qeyd edilməyib. Buna görə də "gənc alim" anlayışının da qanuna daxil edilməsi zərurəti var".

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org