Alimlerimiz almanlarla vulkanlari arasdiracaq

22:17 – xeber – Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Sesumoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli GFZ Geoelmlər üzrə Alman Araşdırma Mərkəzinin Erkən Xəbərvermə Sistemləri Mərkəzinə (GFZ EXSM) palçıq vulkanları və zəlzələlərin arasındakı əlaqə sahəsində birgə tədqiqatların aparılmasını təklif edib.
 
Xidmətdən Trend-ə verilən məlumata görə, RSXM-nin baş direktoru Qurban Yetirmişli Azərbaycanda palçıq vulkanlarının çox geniş yayıldığını və palçıq vulkanları ilə zəlzələlərin arasındakı əlaqə sahəsində birgə tədqiqatların aparılmasını təklif edib. Palçıq vulkanlarının monitorinqinin aparılması və zəlzələlər zamanı vulkanlarda baş verən proseslərin izlənilməsinin vacibliyi də qeyd olunub.
 
GFZ Geoelmlər üzrə Alman Araşdırma Mərkəzinin Erkən Xəbərvermə Sistemləri Mərkəzinin Zəlzələlərin və vulkanların fizikası bölməsinin mühəndis – geofiziki Birger-G.Lühr bildirib ki, onlar apardıqları tədqiqatlar zamanı vulkanların ətrafında quruda və dənizin dibində seysmik stansiyalar quraşdırırlar. Bu da o ərazidə baş verən prosesləri izləməyə imkan verir. Xəzər dənizində də seysmik stansiyaların quraşdırılmasının vacibliyinə toxunan Birger-G.Lühr bunun seysmik aktivliklə yanaşı palçıq vulkanlarının da fəaliyyətinin izlənilməsinə də imkan yaradacağını deyib. Birger-G.Lühr bu sahədə birlikdə tədqiqatların aparılması təklifini müsbət qiymətləndirərək, bu sahədə əməkdaşlıq etməyə hazır olduğunu deyib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org