13:51 – xeber – Sosial şəbəkələrdə Qazaxıstanın Aktobe şəhərində törədilən terror hücumlarının yeni görüntüsü yayılıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, videoda terrorçuların hərbi hissəyə hücum zamanı istifadə etdikləri marşrut avtobusunu necə ələ keçirmələri və şəhərdə qarşıdurmalar əksini tapır.
İyunun 5-də bir qrup şəxs əvvəlcə iki silah mağazasına basqın edib, daha sonra hərbi hissələrə hücum çəkiblər. Anti-terror əməliyyatları zamanı 13 ekstremist öldürülüb, 7 terrorçu axtarışdadır.
İyunun 6-da ölkədə ən yüksək terror təhlükəsi “qırmızı hədd” elan edilsə də, sonradan 40 gün müddətində “sarı hədd”ə salınıb.
Qeyd edək ki, Aktobe Rusiya ilə sərhəddə yerləşir. 2011-ci ildə şəhərdə kamikadze özünü xüsusi təyinatlıların binasında partlatmışdı.