Aİ Regional Komitesi beyanat yaydi – Referendum

16:38 – xeber – Avropa İttifaqı Regional Komitəsinin 4 üzvündən ibarət müşahidə qrupu Konstitusiyaya dəyişikliklərə dair 26 sentyabr 2016-cı il referendumunu müşahidə etmək üçün Azərbaycana səfər etdi və səsvermə günü səsvermə prosesini izlədi.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözlər Azərbaycanda Konstitusiyaya dəyişikliklərə dair 26 sentyabr 2016-cı il Ümumxalq səsverməsini (Referendumu) izləyən Avropa İttifaqi Regional Komitə üzvlərindən ibarət müşahidə qrupunun bəyanatında yer alıb.
 
Bəyanatda deyilir:
 
“Müşahidə qrupu səfər öncəsi referenduma çıxarılan Konstitusion dəyişikliklərin məzmununu və legitimliyini araşdırdı, ümumxalq səsverməsi günü, 26 sentyabrda, 10 dairənin 2 məntəqəsində səsvermə prosesini izlədi.
 
Müşahidə qrupu araşdırmalar və müşahidələr əsasında aşağıdakı nəticələrə gəldi:
 
– Referendumun keçirilməsi suveren Azərbaycan dövlətinin səlahiyyətinə aiddir və bu barədə qərar milli qanunvericiliyə uyğun qəbul edilib.
 
– Referenduma çıxarılan dəyişikliklər əsasən ölkədə idarəetmə sisteminin gücləndirilməsinə və insan hüquqlarının müdafiəsinin təkmilləşdirilməsinə xidmət edir. 
 
– Müşahidə qrupunun üzvləri olduqları məntəqələrdə çoxsaylı müşahidəçilərin səsvermənin gedişatını müşahidə etmələrinin şahidi oldular.
 
– Səsvermə prosesi texniki və təşkilati baxımdan yaxşı təşkil edilmişdi.
 
– Məntəqələrdə seçici aktivliyi yüksək idi, səsvermə prosesi dinc şəraitdə həyata keçdi.
 
– Hər hansı bir zərurət olmadan polisin və ya yerli icra hakimiyyəti nümayəndələrinin seçki məntəqələrinə daxil olmalarının və səsvermə prosesinə müdaxilə etmələrini müşahidə etmədik. Seçicilər müstəqil və kənar müdaxilə olmadan səsvermədə iştirak edərək öz iradəsini ifadə etdilər.
 
– Səsvermə başa çatdıqdan sonra müşahidə qrupunun üzvləri bir məntəqədə bülletenlərin sayılmasını izlədilər və digər müşahidəçilərə bülletenlərin sayılması prosesini də izləməyə maneçilik törədilmədiyinin şahidi oldular.
 
Beləliklə, belə bir nəticəyə gəlirik ki, Konstitusiyaya dəyişikliklərə dair 26 sentyabr 2016-cı il referendumu legitimdir və onun nəticələri Azərbaycan xalqının iradəsinin müstəqil və azad şəkildə ifadəsini əks etdirir.
 
Qeyd edək ki, Aİ Regional Komitə üzvlərindən ibarət müşahidə qrupunun üzvləri Pauliina Haijanen (Finlandiya), Müürsepp Kurmet (Estoniya), Sukles Urmas (Estoniya) və Ltviyadan Dainis Turlaisdir.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org