Agsaqqallar Şurasi toplasdi – Foto


[r32]
– xeber –
Azərbaycan Ağsaqqallar Şurasının 2017-ci ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının üzvləri, millət vəkilləri, alimlər və başqa şəxslər iştirak ediblər.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov bildirib ki, 2017-ci il də Azərbaycan xalqının həyatında əlamətdar il olub: “Dünyada hökm sürən iqtisadi böhranlara, ciddi kataklizmlərə baxmayaraq, Azərbaycanda sabitlik hökm sürür. Böyük iqtisadi böhranlar insanları sıxır. Bu böhranların nəticəsində böyük qaçqın ordusu yaranır. Belə bir vaxtda Azərbaycan prezidenti cənab İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində ölkəmiz sabit, əmin-amanlığın hökm sürdüyü ölkə kimi tanınır. Dini tolerantlıq, multikultural siyasətin həyata keçirilməsi ilə Azərbaycan dünyanın ümid yerinə çevrilib. Bir neçə gün əvvəl Bakıda “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfrans onu göstərdi ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən prezident İlham Əliyevin islam həmrəyliyi strategiyası təkcə ətraf ölkələri deyil, bütün ölkələri əhatə edir. Bunun üçün çox böyük iradə, cəsarət lazımdır. Dövlət başçısının rəhbərliyi altında əldə olunan nəticələr vətəndaşları, eləcə də biz ölkə ağsaqqallarını sevindirir. Cənab prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edir, ona can sağlığı, Azərbaycanın inkişafına naminə böyük uğurlar arzulayıram”.
İclasda akademik Əhliman Əmiraslanov və akademik Ömər Eldarov Azərbaycan Ağsaqqallar Şurasının Fəxri fərmanları ilə təltif ediliblər.
Sonra Azərbaycan Ağsaqqallar Şurasının 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat məruzəsi dinlənilib. Hesabatda bildirilib ki, bu il Azərbaycan Ağsaqqallar Şurası respublikanın ictimai, siyasi, mədəni həyatında yaxından iştirak edib, geniş tədbirlər keçirib. Ölkə ağsaqqalları aparılan quruculuq işlərində yaxından iştirak edib, ictimai həyatın müxtəlif sahələrinin inkişafına öz töhfələrini veriblər.
Prezident Administrasiyası ictimai – siyasi şöbəsinin məsləhətçisi Rasim Mirzəyev Azərbaycan Ağsaqqallar Şurasının 2017–ci il üzrə hesabatının qənaətbəxş olduğunu bildirib.
Millət vəkili, politoloq Elman Nəsirov isə deyib ki, Azərbaycanda hökm sürən sabitliyin kökündə Azərbaycan prezidenti İlham Əliyevin məqsədyönlü, sistemli siyasəti dayanır. Millət vəkili Azərbaycanın dünyada mövqeyinin gücləndiyini diqqətə çatdırıb.
İclas çıxışlarla başa çatıb.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org