Agcabedide muellimeni kimler qacirib? – Özel

09:40 – xeber – Ağcabədidə orta məktəb müəlliməsini qaçıranlar öz qohumları olub.
 
Bu barədə Axar.az-a Ağcabədi Rayon Polis Şöbəsindən bildirilib.
 
Polisdən deyilib ki, rayonun 3 saylı orta məktəbində müəllimə işləyən 22 yaşlı Fəridə Ağayeva Əsgər qızını qaçıranların axtarışları davam edir. Onun qohumları tərəfindən qaçırıldığı təsbit olunub. F.Ağayevann subay olduğu bildirilir.
 
Bir qrup gənc tərəfindən avtomobilə məcburi mindirilərək naməlum istiqamətə aparılıb. Qızın qaçırıldığını görən qardaşı müdaxilə etmək istəsə də, ona xəsarət yetirərək hadisə yerindən uzaqlaşıblar.
 
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3 və 144.3-cü (adam oğurluğu) maddələri üzrə cinayət işi başlanılıb. F.Ağayevanın qaçırılması haqda ilk xəbəri “Report” yayıb. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir