Agabala Ramazanov: “Cavablarini aldilar…”

15:27 – xeber – Milli komandamızın hücumçusu Ağabala Ramazanov DÇ-2018-in seçmə mərhələsində Norveçi 1:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra qol.az-ın müxbirinin suallarını cavablandırıb.
 
Axar.az millimizin üzvünün müsahibəsini təqdim edir:
 
– Oyun haqqında nə düşünürsən?
 
– Matça ciddi hazırlaşmışdıq. Bizim üçün vacib olan üç xalı qazandıq. Bütün komanda olaraq yaxşı mübarizə apardıq.
 
– Ötürmələr zamanı səhvlərə yol verilirdi…
 
– Deməzdim ki, çox səhvimiz oldu. Oyunumuz əsasən müdafidə olduğu üçün əks hücuma atılarkən anlaşmazlıq yaranırdı.
 
– Stadionun ot örtüyü sizi qane etdi?
 
– Bərbad deməzdim, ancaq yumşaq idi. Dəmir buts geyinsən belə, adam sürüşürdü.
 
– Öz oyunundan razı qaldın?
 
– Məncə, müdafiədə komandama çox xeyir verdim.
 
– Qarşıda Çexiya ilə səfərdə çətin oyun var…
 
– Çexiya oyununa yaxşı əhval-ruhiyyə ilə gedirik. Çalışacağıq ki, ordan da ən yaxşı nəticə ilə dönək.
 
– İlk qoldan sonra xeyli qol epizodlarını əldən verdiniz.
 
– Oyunumuzu müdafiədən qurduğumuz üçün çətin olurdu. Əks hücumda 60 metr məsafə qət edirdik. Rəqibin iki-üç müdafiəçisini tək keçib nəsə etmək lazım idi. Qol vurduğumuz epizodda da Maksimə ötürməni mən verdim. Bizim oyunumuz əks hücum üzərinə qurulmuşdu. Daha çox mənim cinahımdan əks hücuma çıxırdıq deyə, oyun boyu yük mənim üzərimə düşmüşdü.
 
– Oyundan sonra Rövnəq Abdullayev sizə nə dedi?
 
– Bizi təbrik etdi və dedi ki, Çexiyaya da gələcəm sizə dəstək olmaq üçün.
 
– Rəqib öncədən bizə yuxarıdan aşağı baxırdı…
 
– Cavablarını aldılar (gülür).

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org