00:18 – xeber – ABŞ Rusiya təyyarələrinin Suriyada xəstəxananı bombardman etdiyini təsdiqləyə bilməz.
Axar.az Röyter-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Ağ Evin sözçüsü Coş Ernest çıxış edib:
“Bəli, biz bunu gördük, amma ABŞ-ın bu iddianı sübut etmək üçün kifayət qədər sübutu yoxdur” – deyə Ernest bildirib.
Diplomatın sözlərinə görə, hazırda ABŞ günahkarları üzə çıxarmaq üçün araşdırmalar aparır:
“Müqəssir kimdirsə, tapan kimi cəzalandırılacaq”.
Xatırladaq ki, çərşənbə axşamı BMT Suriyanın İdlib vilayətindəki xəstəxananın bombardman edilməsi nəticəsində 28 nəfərin həlak olduğunu açıqlayıb.