Ağ ayi qalmaqali

27 Dekabr 2015 16:50 – xeber –
Rusiyanın Təbii Sərvətlər və Ekologiya Nazirliyi prokurorluqdan xahiş edib ki, Arktika sahillərində ağ ayının vurulması ilə bağlı təhqiqata başlasın.
Olkem.az virtualaz.org-a istinadən bildirir ki, bu günlərdə internetdə bir ağ ayının əzablarını göstərən video yayılandan sonra ictimai diqqət bu məsələyə yönəlib. Həmin videonu çəkənlərin rus dilində danışığı eşidilir.
Güman edilir ki, Vrangel adasında tikinti aparan "Rusalyans" şirkətinin işçiləri ayıya yemək, sonra isə yeməklə bərabər partlayıcı paket atıblar. Çünki videoda ayının yaralandığı görünür.
"Rusalyans" şirkəti Vrangel adasında Müdafiə Nazirliyinin sifarişi ilə tikinti işləri aparır.
Nazir Sergey Donski jurnalistlərə bildirib ki, yaralanmış ağ ayı hələ də tapılmayıb. Onun fikrincə, çətin ki, ayı indiyədək sağ qala.
Nazir deyir ki, mütəxəssislər ağ ayının müdafiə nəticəsində yaralandığını hesab etmirlər: "Burada özünümüdafiə yoxdur, bu, qəsdən öldürmədir".
Sergey Donski deyib ki, ayıya sarı partlayıcını yeməklə bərabər atıblar, əks halda partlayıcı onun diqqətini cəlb etməzdi: "İkincisi, heyvan yaralanır və tezliklə onun mərkəzi əsəb sistemi, beyni süst düşür. Biz mütəxəssislərə müraciət etdik, dedilər ki, ayı bir istiqamətdə dolanıb durur, bu, onun koordinasiyasını itirməsi deməkdir".
Rusiyada "Qırmızı kitab"a düşən ağ ayının öldürülməsinə görə bu ölkədə 7 ilə qədər həbs cəzası nəzərdə tutulur.
Dünyada 21-25 min ağ ayı var, onların 5-7 mini Rusiya ərazisindədir. Rusiya Federasiyasında ağ ayının ovlanması 1957-ci ildən qadağan edilib.

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org