Afrikada reqsimiz birinci yer tutdu – Foto

17:50 – xeber – Cənubi Afrika Respublikasında keçirilən “Dance Star” beynəlxalq rəqs müsabiqəsinin seçim mərhələsində yerli “Yurd” ansamblı Azərbaycan rəqslərini təqdim edib.
 
Azərbaycanın CAR-dakı səfirliyindən Axar.az-a verilən məlumata görə, 21-25 sentyabr 2016-cı il tarixində CAR-ın Pretoriya şəhərində “Dance Star” rəqs müsabiqəsinin dünya turunun Cənubi Afrika üzrə seçim mərhələsi keçirilib. Afrika qitəsinin ən böyük yarışması hesab olunan müsabiqənin seçim mərhələsində səfirliyimizin nəzdində və Yohannesburq şəhərində yaşayan azərbaycanlı xareoqraf Azər Mirzəyevin bədii rəhbərliyi altında fəaliyyət göstərən “Yurd” rəqs ansamblı bir neçə Azərbaycan milli və klassik rəqsləri ilə təmsil olunub.
 
Cənubi afrikalı solistlərin “Lalələr” mahnısının sədaları altında ifa etdiyi rəqs nömrəsi münsiflər tərəfindən birinci yerə layiq görülüb və 2017-ci ildə Xorvatiyada təşkil olunacaq final mərhələsinə vəsiqə qazanıb. Müsabiqədə həmçinin “Min bir gecə” və “Yeddi gözəl” baletlərindən ifa edilmiş parçalar müxtəlif nominasiyalar üzrə mükafatçılar sırasına düşüb.
 
Qeyd edək ki, “Dance Star” beynəlxalq rəqs müsabiqəsinin 2017-ci ildə keçiriləcək final mərhələsində 55 mindən çox rəqqas 50-dən çox dövləti təmsil edəcək və növbəti dəfə də milli rəqslərimiz “Yurd” ansamblı tərəfindən müsabiqədə uğurla təbliğ olunacaq.   

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org