Afrikada "Cumhuriyyet gunu" qeyd edildi – Foto

– xeber – Cənubi Afrika Respublikasının (CAR) inzibati paytaxtı Pretoriya şəhərində 28 May – Respublika Günü münasibətilə Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən ziyafət təşkil edilib.

 

Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, tədbirdə CAR-ın dövlət rəsmiləri, deputatlar, diplomatik korpusun nümayəndələri, Azərbaycan və türk icmalarının üzvləri, “Azərbaycanın Dostları” yerli QHT-sinin, KİV-lərin təmsilçiləri və iş adamları iştirak ediblər.

 

Dövlət himnlərinin səsləndirilməsindən sonra çıxış edən Azərbaycanın CAR-dakı səfiri Elxan Poluxov 1918-ci il mayın 28-də yaradılmış və cəmi 23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə məlumat verib, mövcudluğu dövründə Cümhuriyyət yaradıcıları tərəfindən həyata keçirilmiş tədbirlərdən danışıb. Bu xüsusda, E.Poluxov Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik və dünyəvi respublika olduğunu vurğulayaraq, demokratik dəyər və prinsiplərin Cümhuriyyət tərəfindən həyata keçirilmiş islahatlar və qəbul edilmiş qərarlarda öz əksini tapdığını qeyd edib. Xüsusilə dini, irqi mənsubiyyətindən, həmçinin cinsindən asılı olmayaraq, bütün vətəndaşların qanun qarşısında bərabər olduğunu və qadınlara seçki hüququnun verildiyini diqqətə çatdırıb.

 

Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan Respublikasının banisi ümummilli lider Heydər Əliyevin ölkəmizin inkişafı və regional liderə çevrilməsində misilsiz xidmətləri barədə danışan səfir E.Poluxov bu strateji siyasi xəttin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini diqqətə çatdırıb.

 

Daha sonra səfir regional inteqrasiya proseslərinə başlıca əngəl olan Ermənistan-Azərbaycan münaqişəsindən söz açıb, təcavüzkar Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından münaqişənin hələ də öz həllini tapmadığını və Azərbaycanın öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəyini bildirib.

 

Çıxışında Elxan Poluxov, həmçinin Azərbaycan-CAR Ticarət Palatasının təsis edildiyini və Azərbaycan haqqında kitab nəşr olunduğunu qeyd edib.

 

Daha sonra Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin baş direktorunun müavini, səfir Ebraim Saley Respublika Günü münasibətilə CAR hökumətinin təbriklərini çatdırıb. CAR-ın Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verdiyini qeyd edən səfir Ebraim Saley Azərbaycanın yerləşdiyi regionun lider dövləti olduğunu bildirib. Demokratik dövlət quruculuğu yolunda hər iki dövlətin bənzər inkişaf tarixi keçdiyini vurğulayan E.Saley münasibətlərin inkişafı üçün mövcud potensialın dəyərləndirilməsi sahəsində CAR hökumətinin yaxından əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org