Afaq: "İnsan sehv etmek ucun yaranib" (FOTO)

19 Fevral 2016 14:16 – xeber –
"Əslində özümü o qədər də qlamur hesab etmirəm. Başqaları məni belə görürlər. Demək, mən özümü güclü təqdim etməyi bacarıram".
Olkem.az xeber verir ki, bu sözləri axşam.az-a açıqlamasında ATV-nin aparıcısı Afaq Gəncəli deyib. O, geyim tərzindən danışıb:
"O şan-şöhrətli sözləri özümə aid bilmirəm. Amma deyiləndə xoşuma gəlir. Fərqli tərzdə geyinməyi sevirəm. Daha çox idman üslubunu xoşlayıram. Heç vaxt geyim barəsində stilistlərdən məsləhət almıram".
A.Gəncəli müğənni Natavan Həbibi ilə barışmalarına münasibət bildirib:
"Bir neçə aydır, biz barışmışıq. Aramızda kiçik inciklik olmuşdu. İndi hər şey yaxşıdır. Mən kin tutan deyiləm. Dostlarım da məni həmişə qınayırlar ki, bir az sərt ol. Kimsə nəsə edirsə, deyirəm, "İnsan səhv etmək üçün yaranıb". Çalışaq, bu səhvləri təkrar etməyək".
Aparıcı özünü aktrisa kimi sınamaq istədiyini deyib:
"Mən aktrisalığı oxumuşam. Çox film təklifi alıram. Amma istəyirəm ki, rejissorlar məni tamaşaçıya olduğum kimi təqdim etməsinlər. Hansısa bir mənfi obrazı canlandırım. Faiq Ağayevin klipində çəkiləndə şeytan və mələk obrazına girmişdim. Məndə şeytan daha yaxşı alınmışdı. Ən böyük arzum peşəkar aktyorlarla səhnəyə çıxmaqdır. Çünki mən peşəkarlardan dərs almışam".

milli.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org