ADİU telebelerinden yeni tetbiq

15:48 – xeber – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistrantının iki layihəsi İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrand müsabiqəsinin qalibi olub.
 
Universitetdən Axar.az-a verilən məlumata görə, menecment ixtisası üzrə təhsil alan magistrant Zülfüqar İsmayılzadənin təqdim etdiyi “SoSmart” və “Vatto” (Whatto) layihələrinin reallaşdırılıması işləri universitetin İnnovativ Biznes İnkubatorunda görüləcək.
 
“SoSmart” layihəsi yerindən və vaxtından asılı olaraq telefonu avtomatik səssiz və ya titrəmə rejimlərinə keçirən mobil tətbiqdir. “SoSmart”ın əsas xüsusiyyəti onun təhsil sisteminə tətbiq olunmasından ibarətdir. Tələbə və şagirdlər təhsil müəssisələrində olduqda dərs cədvəlinə uyğun olaraq telefonları avtomatik səssiz və ya titrəmə rejiminə keçəcək. Bunun üçün istifadəçinin öncədən dərs cədvəlini mobil telefonuna yükləməsi lazımdır.
 
Bununla da telefon zəngi vasitəsilə tələbə və şagirdlərin dərs vaxtı diqqətinin yayınması problemi aradan qaldırılacaq. “SoSmart”ın əsas texnolojı yeniliyi onun geo-lokasiya üzərindən mobil telefonu idarə etməsindən ibarətdir. Demək olar ki, bütün smartfonlarda GPS funksiyası vardır. Mobil tətbiqdə məhz bu funksiyanın köməkliyi ilə yer təyin edilir. Gələcəkdə tətbiqə yeni funksiyalar da əlavə ediləcək.
 
“Vatto” layihəsi isə istifadəçinin qarderobunu bir yerə toplayan və gündəlik geyimini təyin edən mobil tətbiqdir. Proqram istifadəçiyə həftənin günləri, iş görüşləri, tədbirlər və hava şəraitinə uyğun geyim formasını təqdim edəcək. Bunun üçün istifadəçi öncədən qarderobunda olan geyimlərinin fotosunu çəkib proqrama daxil etməlidir. Mobil tətbiq geyimlərin rəngini və görünüşüni də nəzərə alacaq.
 
Qeyd edək ki, “Vatto”nun məqsədi insanların hər gün səliqəli, gözəl görünməsinə yardım etməkdir.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org