12:40 – xeber – ABŞ-ın zirehli hərbi texnika karvanı NATO-nun “Draqun rayd II” təlimləri çərçivəsində Latviya ərazisinə dacil olub.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyindən məlumat verilib.
“Bu səhərdən başlayaraq axşama kimi 10-20 nəqliyyat karvanı Mariampol, Kaunas və Kedanaydan keçəcək”, – məlumatda bildirilib.
“Draqun rayd II” ABŞ quru qoşunlarının Avropadakı ən irimiqyaslı təlimlərindən hesab olunur.