16:48 – xeber – ABŞ Yaxın Şərqdəki terrorizm problemi ilə təkbaşına bacara bilmir.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu “Vaşinqton Post” qəzetinə müsahibəsində ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klepper söyləyib. Onun sözlərinə görə, regionun əsas problemləri hələ uzun illər həll edilmədən qalacaq:
“Əhalinin böyük hissəsini narazı gənc kişilər təşkil edir. Üstəlik, burada nəzarət altında olmayan ərazilər, iqtisadi problemlər və digər məsələlər də var. Biz Mosulu İŞİD-dən tez bir zamanda azad etməyəcəyik. Bu, ən azı ABŞ Prezidenti Barak Obamanın zamanında olmayacaq”.