ABŞ ve Rusiya kosmosda muharibeye hazirlasir – KİV

09:00 – xeber – Dünyanın aparıcı dövlətləri kosmosa hakim olmaq uğrunda hərbiləşdirmə yarışı aparırlar.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, ekspertlər yaxın zamanda kosmosun böyük güclərin döyüş meydanına çevriləcəyini bildirirlər. Türkiyənin "Taymtürk" xəbər portalı son vaxtlar ABŞ-Rusiya-Çin arasında kosmosda savaşın aparılması ilə bağlı məqalə dərc edib.
 
Məqalədə qeyd edilir ki, kosmosa ilk peyk 1957-ci ildə Rusiya tərəfindən göndərilib. O gündən bu günə, heç bir ölkə digərinin orbitdəki peykinə hücum etməyib.
 
Kosmosun hərbi sahəyə çevrilməsi prosesi uzun müddət öncədən başlasa da, son on ildəki texnoloji irəliləyişlər kosmosun hərbiləşdirilməsinə təkan verib.
 
Üstünlük ABŞ-da, ancaq…
 
Vaşinqtonun kosmosdakı hakimiyyəti və strateji olaraq kosmosa daha bağlı olması ABŞ-ın rəqiblərinin ASAT-lar kimi tanınan silahlar istehsal etməsinə səbəb olub. Soyuq müharibə dövründə kosmosda başlayan bu proses hazırda böyük güclərin əsas diqqətindədir. ABŞ-ın hərbi kosmik texnologiyalara malik olmasına baxmayaraq, düşmənlərinə orbitdəki infrastrukturlarına hücum etmək imkanı verir. Buna görə də ABŞ bir tərəfdən bu texnologiyaları inkişaf etdirməyə çalışır, bir tərəfdən də düşmənin hücumlarına qarşı müdafiə sistemləri qurmağa davam edir.
 
ABŞ-ın dəniz nəqliyyatı, kəşfiyyat toplama, kommunikasiya və rabitə kimi sahələri orbitdə yerləşən peyklərdən asılı duruma gəlib.
 
Rusiyadan Nudal hücumu
 
Rusiya hələ üç gün əvvəl, yəni 27 may 2016-cı ildə Moskvanın şimalındakı Pletsetsk kosmos bazasından "Nudol" adlı raket əleyhinə kompleksini peykə göndərib. "Nudol"un ABŞ-ın dəniz nəqliyyatı, rabitə və kəşfiyyat vasitələrini təsirsiz hala gətirə biləcək gücdə olduğu bildirilib.
 
Pentaqonun keçmiş nümayəndəsi Mark Şnayder Rusiyanın təcavüzünün ABŞ üçün dağıdıcı nəticələr doğuracağını söyləyib. “GPS rabitəsinin vurulması bəzi silahları, eləcə də müdafiə sistemlərini təsirsiz hala gətirə bilər", – Şnayder qeyd edib.
 
ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsi Devid J.Buk məsələ ilə bağlı açıqlamasında Rusiyanın ABŞ-ın kosmosa bağlılığını hərtərəfli bir zəiflik kimi gördüyünü, kosmosda hücum üstünlüyünü ələ keçirmək üçün planlı addımlar atdığını vurğulayıb.
 
Tərəflərdən biri də Çindir
 
ABŞ-ın kosmosdakı hakimiyyətindən və zəifliyindən istifadə edə biləcək ölkələrdən biri də Çindir. 1990-cı illərin əvvəllərindən bəri raket əleyhinə müdafiə sistemlərini inkişaf etdirməkdə olan Çin son raket sınağını 2015-ci ilin sonlarında həyata keçirib. SC-19 və DN-2 adlı bu raketlər bir peyk və ya kosmik vasitəni kinetik öldürmə üsulu ilə zərərsizləşdirmək və ya məhv etmək gücünə sahibdir. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org