11:50 – xeber – Minlərlə suriyalı döyüşçü ABŞ xüsusi təyinatlılarının dəstəyi ilə İŞİD radikal qruplaşmasının yaraqlılarına hücuma başlayır.
Axar.az Röyter-ə istinadən xəbər verir ki, Suriyanın şimalında yerləşən Mənbic şəhərində artıq əməliyyatlara start verilib.
Verilən məlumata görə, sözügedən əməliyyatın bir neçə həftə davam edəcəyi planlaşdırılır.
Əməliyyatın məqsədi Türkiyə sərhədlərini İŞİD terrorçularından təmizləməkdir.