18:58 – xeber – ABŞ-ın strateji kəşfiyyat təyyarəsi Rusiyanın Kalininqrad vilayətinin yaxınlığından uçub.
Axar.az "İnterfaks"a istinadən xəbər verir ki, Britaniyadakı "Mildenhol" aviabazasından havalanan təyyarə Baltik dənizində tapşırıq yerinə yetirib.
Qeyd edək ki, son vaxtlarda ABŞ-a məxsus təyyarələr Baltik, Şimal dənizlərində, o cümlədən Sakit okeanda Rusiya sərhədlərində uçuşların sayını artırıb.
Sonuncu dəfə oxşar hadisə mayın 23-də Kalininqrad vilayəti istiqamətində baş verib.