ABŞ: “Rusiyani SSRİ-nin taleyi gozleyir”

11:29 – xeber – ABŞ heç vaxt Krımın Rusiya tərəfindən anneksiyasını qəbul etməyəcək.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu “Amerikanın səsi” radiosuna müsahibəsində ABŞ Müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisi Maykl Karpenter söyləyib. Onun sözlərinə görə, Krım uzun illər sonra olsa da, Ukraynanın tərkibinə qaytarılacaq:
 
“Bir müddət öncə biz Velles deklarasiyasının 75 illiyini qeyd etdik. Bu deklarasiyaya əsasən, ABŞ 1940-cı ildən bu yana SSRİ-nin Baltikyanı ölkələri işğal etməsini tanımayıb. Biz bu mövqemizi uzun onilliklər ərzində qoruduq. Məncə, Krımla bağlı da mövqeyimiz belə olacaq. Bu anneksiya beynəlxalq normalara tam ziddir”.
 
Qeyd edək ki, 1939-cu ilin avqustunda SSRİ və nasist Almaniyası arasında imzalanan müqaviləyə (Molotov-Ribbentrop paktı – red.) əsasən, Litva, Latviya və Estoniyanı Moskva anneksiya edib. Bu, Qərb dövlətlərinin kəskin etirazına səbəb olub. 1940-cı ildə isə o zaman ABŞ-ın Dövlət katibi olan Velles üç Baltikyanı ölkənin SSRİ tərəfindən işğalını pisləyib və hər üç ölkənin müstəqil olduğunu bəyan edib.
 
Krım Ukrayna ərazisidir. Yarımada Rusiya tərəfindən 2014-cü ilin martında anneksiya olunub. 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org