ABŞ Moskvani cezalandirmaga hazirlasir


[r32]
– xeber –
ABŞ Suriya konflikti ucbatından Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan 2018-ci ildə də imtina etməyəcək.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə proqnoz Rusiya Beynəlxalq Münasibətlər Şurası Analitik Mərkəzinin hesabatında yer alıb. Hesabata əsasən Rusiya üçün yaxın gələcəkdə xarici siyasət riskləri artacaq:
“Moskva və Vaşinqtonun Suriyada əməkdaşlığı az inandırıcıdır. Bu əməkdaşlığa ABŞ-ın Rusiya ilə bağlı siyasəti mane olacaq. Suriya məsələsində əsas maneə H.R.3364 qanunu olacaq. Keçən ilin iyulunda Konqresin qəbul etdiyi qanun layihəsini Prezident Donald Tramp avqustun 2-də təsdiq edib. Yeni qanunun adı genişmiqyaslı iqtisadi təzyiqlər barədə düşünməyə imkan verir. “ABŞ düşmənlərinə qarşı sanksiyalar vasitəsilə müqavimət” adlanan qanunda əsas söhbət təkcə Rusiyadan yox, İran, beynəlxalq terrorizm və Şimali Koreyadan gedir. Yeni qanuna əsasən Suriya Prezidenti Bəşər Əsədə hərbi yardımda iştirak edən bütün xarici vətəndaşlar cəzalandırılmalıdır”.
Təşkilatın proqnozuna əsasən, gələn il Rusiya Yaxın Şərqdə iqtisadi aktivliyini artıracaq:
“Burada söhbət təkcə Suriyanın müharibədən sonrakı bərpası və İranla ənənəvi əlaqələrdən getmir. Rusiya Misir, İraq, Səudiyyə Ərəbistanı kimi dövlətlərlə də yeni müqavilələr imzalayacaq. ABŞ-ın ənənəvi təsir zonaları olan bölgələrlə əlaqələr Vaşinqton üçün qıcıqlandırıcı məqam ola bilər”.
Hesabatda, həmçinin, Suriyadakı atəşkəsin aradan qalxma ehtimalına da yer verilib. Belə ki, atəşkəsin sona çatmasına təkcə Rusiya-ABŞ qarşıdurması yox, həm də regional güclər arasındakı fikir ayrılıqları səbəb ola bilər.
Qeyd edək ki, Rusiya Beynəlxalq Münasibətlər Şurası Analitik Mərkəzi Rusiya Xarici İşlər Nazirliyinə yaxınlığı ilə seçilir.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org