ABŞ: “Krim Tatar Meclisinin baglanmasi…”

16:39 – xeber – Rəsmi Vaşinqton Krım Tatar Məclisinin qadağan edilməsi ilə bağlı Rusiya  Ali Məhkəməsinin qərarını tanımayacaq. Rusiya Krımı Ukraynaya qaytarmalıdır.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner deyib.
 
Vaşinqton rəsmisinin sözlərinə görə, Rusiyaya tətbiq edilən sanksiyalar qüvvədə qalacaq:
 
“Biz Krım Tatar Məclisinin ekstremist təşkilatı kimi göstərilməsini rədd edirik və bu demokratik qurumun fəaliyyətinə qadağa qoyulmasını pisləyirik. Krımın işğalı davam etdikcə, Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq”.
 
Xatırladaq ki, Rusiya Ali Məhkəməsi Krım Tatar Məclisinin radikal təşkilat kimi tanınması və Rusiyada qadağan olunmasına dair Krım Ali Məhkəməsinin qərarını təsdiqləyib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir