ABŞ-in Qarabag riyakarligi – Petisiya

15:25 – xeber – Azərbaycan Dağlıq Qarabağın statusunun “müyyənləşdirilməsini” deyil, işğal faktına son qoyulduqdan sonra yalnız müzakirəsini mümkün sayır.  
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi Sərsəng su anbarının işğalının ekoloji fəlakətə aparmasıyla bağlı petisiyaya Ağ Evin cavabını dəyərləndirib:
 
“Cavabda Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycanın nəzarətinə qaytarılması ifadəsi işğal faktını təsdiq edir, ancaq sonrakı hissədə “Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi” vurğulanır. Vaşinqton Azərbaycanın mövqeyini birmənalı müdafiə etmir. Yəni “işğala son qoymaqla” “statusun müəyyənləşməsi” bərabər tutulur. Qeyd olunur ki, Sərsəng su anbarının idarə olunması və istismarı tərəflərlə davam edən dialoqun bir parçası olmalı və humanitar məsələlərlə bağlı müzakirələr aparılmalıdır. Bu, Azərbaycanın maraqlarına uyğun deyil və ətraf rayonlardakı azərbaycanlıların əzab çəkdiyi faktı təsdiq olunmur. “Tərəflər humanitar məsələləri müzakirə etməlidir” fikri isə birbaşa erməni separatçılarının maraqlarına uyğundur. Bütün bunlar göstərir ki, Obama üçün Cənubi Qafqazın problemləri və Dağlıq Qarabağ münaqişəsinin həlli maraqsızdır. Bir sözlə, Ağ Evin münaqişənin həllinə baxışı ATƏT-in Minsk Qrupunun müvqeyindən fərqlənmir”.
 
Qeyd edək ki, Sərsəng su anbarının işğalının ekoloji fəlakətə aparmasıyla bağlı petisiya Ağ Evin saytında yerləşdirildikdən sonra həmin petisiyaya 330 mindən çox imza toplamışdı. Lazım olan imza isə cəmi 100 mindir.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org