ABŞ-in desteyi ile Qarabag… – Ziyafet Esgerov

19:34 – xeber – Sentyabrın 29-da Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün ölkəmizdə səfərdə olan ABŞ-ın qərb regionundan olan qanunvericilərdən ibarət nümayəndə heyəti ilə görüşüb.
 
Bu barədə Axar.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat veriblər. Qonaqları salamlayan Ziyafət Əsgərov qeyd edib ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələrdən biri də ABŞ-dır. Bu gün Azərbaycan və Amerika Birləşmiş Ştatları strateji tərəfdaşdırlar. ABŞ həmişə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən transmilli layihələrə dəstək verib və bu layihələr uğurlu olub. Hazırda Azərbaycan öz tolerantlığı ilə seçilən ölkələrdəndir. Azərbaycan müasir müsəlman dövləti olsa da, burada yəhudilər, xristianlar, pravoslavlar, katoliklər qardaş kimi yaşayırlar. Biz demokratik, dünyəvi, insan hüquqlarına hörmət edən ölkə qurmuşuq. Lakin uzun illərdən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim inkişafımıza mane olur. BMT Təhlükəsizlik Şurasının bununla bağlı 4 qətnaməsi hələ də Ermənistan tərəfindən yerinə yetirilməmiş qalır. Ziyafət Əsgərov münaqişənin həlli üçün beynəlxalq hüququn işləməsinin və ABŞ-ın dəstəyi ilə ədalətin bərpa olunmasının vacibliyini diqqətə çatdırıb.
 
Söhbət zamanı qonaqlara Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı barədə də məlumat verilib.
 
Sonra görüşdə ABŞ qanunvericilərini maraqlandıran suallara aydınlıq gətirilib, qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org