ABŞ-in Bakidaki sefirliyi tedbir kecirdi

21:13 – xeber – ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə sentyabrın 15-dən oktyabrın 15-dək Birləşmiş Ştatlarda keçirilən ispan irsi aylığına həsr olunan tədbir təşkil edilib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib ki, aylığın keçirilməsində məqsəd Latın Amerikası əsilli amerikalıların ölkəyə verdiyi töhfəni qeyd etməkdir. O bildirib ki, ABŞ-da 55 milyon latın amerikalı yaşayır. Onlar Birləşmiş Ştatların ən böyük etnik və irqi azlığıdır. Latın Amerikası əsilli vətəndaşlar cəmiyyətin bütün sahələrinə töhfə veriblər. “Biz Amerika Birləşmiş Ştatlarında müxtəlifliyi gücümüzün mənbəyi kimi görürük. Azərbaycanda da tarixən tolerantlığa yüksək dəyər verilib. Bu il Azərbaycan multikulturalizm ilini qeyd edir. Biz müxtəlifliyə bu ortaq yanaşmanı yüksək dəyərləndiririk”, – deyə səfir bildirib.
 
Meksikanın Azərbaycandakı səfiri Rodriqo Lombardini ABŞ ilə təmsil etdiyi ölkə arasında münasibətlərdən danışıb. O, qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
 
Tədbir ABŞ-ın Latin Amerikası musiqiləri ifa edən “Matuto” qrupunun çıxışı ilə davam edib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org