ABŞ-in Baki ile bagli qerarina reaksiya: “O pula…”


[r32]
– xeber –
ABŞ-ın Azərbaycana maliyyə yardımı əvvəl də çox az idi. ABŞ Prezidenti Donald Trampın seçkiqabağı platformasında da göstərilirdi ki, xarici dövlətlərə yardım məsələsinə yenidən baxılacaq. Hakimiyyətə gəldikdən sonra isə dediklərinə əməl etdi.
Bu sözləri Axar.az-a Milli Məclisin deputatı Vahid Əhmədov ABŞ Dövlət Departamentinin xətti ilə Azərbaycana maliyyə yardımının ləğv edilməsi müzakirələri haqda danışarkən deyib. Onun sözlərinə görə, Trampın bu addımı gözlənilən idi:
“Donald Trampın bu planı yalnız Azərbaycana deyil, həmçinin digər inkişaf etməkdə olan ölkələrə də şamil edilir. ABŞ Dövlət Departamentinin 15 səhifəlik büdcə sənədinə əsasən, bir sıra inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı azaldılacaq və ya tamamilə ləğv ediləcək.
Ukrayna kimi böyük dövlətin bu yardıma çox ehtiyacı var idi. Azərbaycanın isə bu yardıma ehtiyacı yoxdur. Dövlətimizin 39 milyard dollara yaxın vəsaiti var.
Sənədə əsasən, ABŞ Ermənistana təxminən 4-5 milyon dollar yardım edəcək ki, bunu da Ermənistan lobbisi özü təmin edir”.
Ekspert Natiq Cəfərli hesab edir ki, bu, sırf daxili siyasətə hesablanmış bir addımdır:
“Tramp seçkiqabağı bu haqda seçicilərinə vəd vermişdi. O bildirmişdi ki, Amerika vətəndaşlarının verdiyi vergilər özləri üçün xərclənərək, digər ölkələrə effektsiz olan yardımlar dayandırılacaq. Tramp bu addımla Amerika vətəndaşlarına mesaj vermiş oldu ki, seçkiqabağı verdiyim vədləri zamanla yerinə yetirirəm.
Azərbaycanla bağlı yardımın ya dayandırılması, yaxud azaldılması iqtisadiyyatımıza heç bir təsir etməyəcək. Amma digər ölkələrdə bu yardım kifayət qədər yüksək səviyyədə idi. Məsələn, söhbət Ukrayna və Gürcüstana edilən yüz milyonluq yardımlardan gedir. Bu yardımın azalması onlara ciddi təsir edəcək”.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sənəd layihəsinə görə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Belarus kimi ölkələrə maliyyə yardımı ləğv edilə bilər. Ermənistana maliyyə yardımı 77,3%, Moldovaya 47,4%, Ukraynaya 68,8% azalacaq. Azalma həmçinin Gürcüstana da şamil olunacaq.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org