ABŞ Ermenistana hansi cezani verecek? – Şerh


[r32]
– xeber –
Ermənistanın antiukrayna mövqeyi ABŞ tərəfindən izlənilir və Vaşinqton İrəvanın bu dəfəki hərəkətini cəzasız qoymayacaq.
Bunu Axar.az-a Ermənistanın Krımın Rusiya tərəfindən işğalını təsdiqləyən qətnamənin əleyhinə səs verməsi fonunda ABŞ-ın bu ölkəyə ayırdığı maliyyə yardımını dayandırmasının mümkünlüyü məsələsi ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq ABŞ-ın Ermənistanı cəzalandırma ehtimalını istisna etməyib:
“ABŞ-ın hazırkı siyasətini prinsipial adlandırmaq olmaz, çünki bu ölkə Trampın təkidləri ilə çox ciddi xətalara yol verməkdə davam edir. Dünyadakı geosiyasi proseslər hazırda çox ziddiyyətli və qarşıdurma məqamları ilə müşayiət edilən ssenari üzrə cərəyan edir. Ona görə də hər hansı bir dövlətin xarici siyasət xəttini proqnozlaşdırmaq asan deyil. Ancaq Ermənistanın Ukrayna məsələsində ABŞ-ın siyasətinə qarşı çıxması Vaşinqtonun diqqətindən yayınmayacaq. Onsuz da ABŞ bütün ölkələrə, o cümlədən Ermənistana ayırdığı maliyyə vəsaitlərini azaldıb. ABŞ-Ermənistan münasibətlərinə gəlincə, İrəvanın uzun müdətdir əl altından yeritdiyi antiukrayna mövqeyi ABŞ tərəfindən izlənilir. Güman edirəm ki, Ermənistanın bu dəfəki hərəkəti cəzasız qalmayacaq. Bu fonda hətta ABŞ-ın Ermənistana qarşı mövqeyinin sərtləşməsinin şahidi ola biləcəyik”.
Politoloq bildirib ki, bu, bölgədə qüvvələr nisbətini Azərbaycanın xeyrinə dəyişə və Dağlıq Qarabağ məsələsində yeni şanslara yol aça bilər:
“Üstəlik, ABŞ Minsk Qrupunun həmsədri kimi daha obyektiv mövqe tuta bilər ki, bu da danışıqlar prosesində müəyyən dəyişikliklər yarada bilər. Halbuki indiyə qədər Minsk Qrupunun üç əsas həmsədrinin mövqeyi qanedici olmayıb”.
Q.Hüseynli hesab edir ki, sivilizasiyaların bu cür qarşıdurma meyli şəraitində Amerikanın xristian təəssübkeşliyinə dayanaraq Ermənistanı cəzalandırmaması istənilən şəraitdə Amerikanın xarici siyasət imicinə ciddi bir zərbə ola bilər:
“Çünki ABŞ-Rusiya münasibətləri getdikcə gərginləşir. ABŞ-ın bir nömrəli düşmən elan etdiyi Rusiyanın əsas əlaltısı Ermənistan isə hər vasitə ilə bütün prinsipial məsələlərdə Moskvanın yanında yer alır. Nəhayət, bu, Vaşinqtonun diqqətini cəlb etməli və ABŞ Ermənistanla bağlı öz prinsipial mövqeyini ortaya qoymalıdır”.
Qeyd edək ki, BMT Baş Assambleyası Krım və Sevastopolda insan haqları sahəsində vəziyyətə dair qətnaməni qəbul edib. 70 ölkə qətnamənin əleyhinə, 26 ölkə isə lehinə səs verib. Kiyevin təqdim etdiyi qətnamənin əleyhinə səs verənlər arasında Rusiya, Ermənistan, Belarus, Boliviya, Hindistan, Qazaxıstan, Çin, Şimali Koreya, Kuba, Serbiya, Qırğızıstan, Tacikistan, CAR kimi dövlətlər yer alıb.
Qətnamədə Krım Rusiyanın işğal etdiyi ərazi kimi tanınıb. BMT Rusiyanın bu ərazidə xüsusilə Krım tatarları və ukraynalılara qarşı diskriminasiyaya yol verdiyini təsdiqləyib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org