ABŞ-dan muhum mesaj: Dollar zeifleyecek

09:00 – xeber – Çindən müsbət meyilli xəbərlərin gəlməməsi və 2016-cı il üçün neft ölkələrində müəyyən problemlərin ortaya çıxma ehtimalı FES-in (ABŞ MərkəziBankı) uçot dərəcəsinin artırılması ilə bağlı qərarını əngəlləyə bilər.
 
Bu barədə iqtisadçı ekpert Rəşad Həsənov Axar.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, FES qiymətləndirmə apararkən dünya iqtisadiyyatını da göz önünə gətirir:
 
“FES-in yanvar ayına olan proqnozları açıqlamasından birja iştirakçıları və iqtisadi maraq qrupları növbəti dövrlər üçün nəticələr hazırlayacaq. Bu da təbii ki, bazarlara müəyyən təsir göstərəcək. Seçim və müzakirələrdəki məqamların ictimailəşdirilməsi daim iqtisadiyyata, birjalara və valyuta bazarlarına öz təsirini göstərir.FES-in bu addımı əhəmiyyətlidir. Müzakirələrdə çoxluq, daha səbirli davranmağa istiqamətlənmiş fikirlər növbəti dövrlərdə uçot dərəcəsinin artırılmaması yönlüdür. FES rəsmiləri ABŞ iqtisadiyyatı üzərində artan risklərdən dolayınarahatlıqlarınıifadə ediblər. Bu isə dünya bazarlarında dolların hazırkı mövqeyinə öz təsirini göstərəcək”.
 
Ekspert hazırda mövcud olan iki yanaşmaya da aydınlıq gətirib:
 
“Birincisi, məşğulluq, ikincisi inflyasiyadır. İnflyasiya ilə bağlı ABŞ hökuməti hələ ki, nəzərdə tutulanhədəflərə nail ola bilməyib. Ancaq işsizliklə bağlı müsbət nəticələr açıqlanıb. 4,9 faiz işsizlik ABŞ iqtisadiyyatı üçün yaxşı göstəricidir. İşsizlik uçot dərəcəsinin artırılmasınışərtləndiririsə, inflyasiya səviyyəsinin əldə olunmaması isə azalmanı şərtləndirir. FES qiymətləndirmə apararkən paralel olaraq dünya iqtisadiyyatını da göz önünə gətirir.Çindən müsbət meyilli xəbərlərin gəlməməsi və 2016-cı il üçün neft ölkələrində müəyyən problemlərin ortaya çıxma ehtimalı FES-in uçot dərəcəsinin artırılması ilə bağlı qərarını əngəlləyə bilər”.
 
R.Həsənovun sözlərinə görə, FES-inaçıqlamalarıbazaralara növbəti dövrlər üçün çox mühüm mesajlar verib:
 
“Ən əsası uçot dərəcəsininartırılmamasıdır. Bu da müəyyən dövr üçün birjalarda dolların öz dəyərini itirməsinə və bunun qarşılığında digər ölkələrin valyutalarının möhkəmlənməsinə, o cümlədən, neft və qızılın qiymətində artımlara gətirib çıxaracaq”.
 
Qeyd edək ki, FES-in Açıq Bazar Komitəsi dünən yanvar ayında keçirilmiş iclasının protokollarını açıqlayıb. Belə ki, rəsmilər aşağı istiqamətli risklərin və qeyri-müəyyənliklərin artdığına diqqət çəkərək əmtəə qiymətlərinin aşağı düşməsi və maliyyə bazarlarındakı qarışıqlığınABŞ iqtisadiyyatı üzərində riskləri artırması ilə bağlı narahatlıqlarını ifadə ediblər.Çoxluq yeni bir faiz artımına getməzdən əvvəl izləmə mövqeyi barədə razılığa gəlib. Rəsmilər məşğulluq bazarına dair göstəriciləri “cəsarətverici”, istehsal göstəricilərini isə “məyusedici” kimi qiymətləndiriblər.
 
FES ötən ilin dekabrında təxminən 10 ildə ilk dəfə faizləri artırmasından sonra yanvar toplantısında faizləri sabit saxlamış, açıqlamasında qlobal prosesləri yaxından təqib etdiklərini bildirmişdi.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org