ABŞ-da prezident seckisi surprizsiz otusmeyecek – Politoloq

13:30 – xeber – Hillari Klintonun dövlət katibi olduğu dövrdə elektron poçt ünvanlarından istifadəsi ilə bağlı aparılan təhqiqatlar ən gözlənilməz nəticələrlə yekunlaşa bilər.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu haqda Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu yazıb. Politoloq bildirib ki, artıq ABŞ Dövlət Departamentinin son açıqlaması da özünün qeyri-müəyyənliyi ilə əvvəlkilərdən xeyli fərqlənir:
 
“Dövlət departamenti Klintonu əvvəlki kimi birmənalı şəkildə təmizə çıxarmağa çalışmır. Yəqin ki, keçirilən rəy sorğularının da buna təsiri var. Belə ki, artıq de-fakto respublikaçıların namizədi olan Donald Tramp ümumi milli rəy sorğularında Klintonla bərabər səviyyədədir. Berni Sanders isə hər ikisindən irəlidədir, amma klintonların demokratların daxilindəki nüfuzu Sandersi onların prezidentliyə namizədi kimi görməyə imkan vermir. Halbuki qarşıdan gələn seçkilərdə qalib gəlmək üçün bəlkə də bu addımı atmaq daha rasional və praqmatik olardı. Böyük ehtimalla, bu, olmayacaq və praymerizdə daha uğurlu olan Klinton demokratların namizədi kimi irəli sürüləcək”.
 
Ə.Oruclunun sözlərinə görə, hər şey ilk baxışdan göründüyü qədər sadə deyil:
 
“Hillari Klintonla bağlı təhqiqatlardan birini aparan ABŞ Federal Təhqiqatlar Bürosudur (FBİ), odur ki, indi hər şey FBİ-nin ortaya qoyacağı yekun rəydən asılı ola bilər. Burada məncə, heç bir variantı istisna etmək olmaz: ciddi pozuntuların olmadığı da üzə çıxa bilər, Klintonun seçkidən kənarlaşdırılmasına yol açan konkret pozuntu faktları da. İstənilən halda, ABŞ-da prezident seçkisi sürprizlərsiz ötüşməyəcək”.
 
ABŞ-da prezident seçkisinə Respublikaçılar Partiyasından Donald Trampın namizədliyi təsdiqlənib.
 
Demokratlar Partiyasından isə sabiq dövlət katibi Hillari Klinton və Berni Sanders mübarizəni davam etdirir.
 
Qeyd edək ki, Qussifer ləqəbi ilə tanınan haker “Foks Nyus”a müsahibəsində 2013-cü ildə keçmiş dövlət katibinin elektron ünvanını sındırdığını və şəxsi məktublarını ictimaiyyətə yaydığını desə də, bunu məhkəmə önündə etiraf etməkdən boyun qaçırmışdı.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org