23:05 – xeber – ABŞ-ın Şimali Karolina ştatının sahillərində F/A-18 tipli iki qırıcı təyyarə toqquşub.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, ABŞ-ın Sahil Təhlükəsizlik Xidməti qırıcıların sahildən 25 mil uzaqlıqda qəzaya uğradıqlarını bildirib.
Məlumata görə, okeana düşən 4 pilot balıqçı qayığının yardımı ilə xəstəxanaya çatdırılıb. Onların səhhəti haqqında məlumat verilməyib.
Qəzanın səbəbləri araşdırılır.