ABŞ da daxil olmaqla dunya olkeleri… – PA resmisi

18:13 – xeber – Bu gün Andorra Knyazlığında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) VIII Ali Səviyyəli toplantısının açılışı olub.
 
Komitədən Axar.az-a verilən məlumata əsasən,“Qloballaşan dünyada xalqların gücü” mövzusunda keçirilən toplantıda dünyanın yeni siyasi xəritəsi, qloballaşma prosesinə yeni baxış, XXI əsrdə iqtisadi vəziyyət və digər mühüm məsələlərə dair fikir mübadiləsi aparılıb.
 
Toplantıda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Andorra Knyazlığının Baş naziri Antoni Marti, Latviyanın sabiq Prezidenti, NGBM-nin həmsədri Vayra Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru, NGBM-nin həmsədri İsmayıl Serageldin, Ərəb Liqasının sabiq baş katibi Əmr Musa, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, İtaliya Prezidentinin diplomatik müşaviri Antonio Zanardi Landi, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç və digərləri iştirak ediblər.
 
Ali səviyyəli görüşdə Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da iştirak ediblər.
 
İraq, Liviya, Serbiya, Xorvatiya və digər bölgələrdə münaqişəli vəziyyətlər, qaçqın böhranı və bu problemlərin həlli yollarının tapılması əsas müzakirə mövzusu olub.
 
Novruz Məmmədov müasir dünyada baş verən proseslər, yaşanan problemlər, qloballaşma dövrünün qarşılaşdığı çətinliklər barədə söhbət açıb:
 
“Bu gün dünya birliyi Yaxın Şərqdə münaqişələr, Avropada qaçqın böhranı və s. kimi çətinliklərlə üzləşir. İlk növbədə bu problemlər dərindən təhlil edilməlidir. Bu məsələlər çox böyük əhəmiyyət kəsb edir. Əsas məqsəd səbəbi kökündən araşdırmaqdır. Bu gün ABŞ da daxil olmaqla dünya ölkələri bu təhlükə ilə üzləşirlər”.
 
PA rəsmisi bildirib ki, SSRİ və Varşava Paktının dağılmasından sonra beynəlxalq münasibətlər sistemində əsaslı dəyişikliklər baş verdi:
 
“Beynəlxalq hüquqa əməl edilməməsi bir çox münaqişələrə səbəb olur. Müasir dövrümüzdə baş verən problemlərin başlıca səbəbi beynəlxalq hüquqa riayət edilməməsidir”.
 
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VIII Ali Səviyyəli toplantısı panel müzakirələrlə işini davam etdirir. Tədbir çərçivəsində Cənubi Qafqaz regionundakı münaqişəli məsələlərin, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirə ediləcəyi və Andorra Knyazlığının rəhbərinə yazılı müraciətin qəbul olunacağı gözlənilir.
Toplantı iyunun 14-də işini yekunlaşdıracaq.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org