"ABŞ Azerbaycanin musteqil siyasetine mudaxile ede bilmir, ona gore de…"

8 Yanvar 2016 13:09 – xeber –
ABŞ konqresi Azərbaycana qarşı neqativ siyasət aparır, ABŞ-ın rəsmi strukturları (Ağ ev və Dövlət Departamenti) bunun qarşısını almırlar. ABŞ-ın bir qrup konqresmenlərinin erməniləri dəstəkləməsi, ermənilərin maraqlarına uyğun Azərbaycana qarşı siyasət aparmaları faktdır.
Olkem.az Trend-ə istinadən bildirir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Politoloq bildirib ki, həm də elə faktdır ki, bunu gizlətmək mümkün deyil, demokratiya, insan hüquqları məsələsi sadəcə bəhanədir: "İşin kökündə Dağlıq Qarabağ məsələsində ermənilərə dəstək verməsidir. ABŞ Dağlıq Qarabağ tənzimlənməsində Azərbaycanın müstəqil siyasətinə müdaxilə edə bilmir. Ona görə işini Ermənistanın işğalçı Qarabağ siyasətinə dəstək vermək üzərində qurub. Amerikalı həmsədr Uorlikin Azərbaycanın xeyrinə bir-iki bəyanatı konkret olaraq həmin şəraitdə verilmiş bəyanatlardır. Uorlik ABŞ-ın Dağlıq Qarabağ siyasətini ermənilərə dəstək siyasəti kimi başa düşür və bu qaydada reallaşdırır. Uorlik ABŞ-ın Dağlıq Qarabağ siyasətinin müəllifi olmasa da əsas icraçısı və koordinatorudur. Məhz o səbəbdən ABŞ konqresi Dağlıq Qarabağ tənzimlənməsində ermənipərəst mövqeyini günü-gündən gücləndirir".
M.Əhmədoğlu qeyd edib ki, Uorlik ABŞ konqresində Dağlıq Qarabağın müstəqilliyinin qeyd olunmasına icazə verir, digər tərəfdən ABŞ-ın Dağlıq Qarabağın müstəqilliyini tanımadığını bildirir: "Ona görə indi konqresdə erməni işğalçılığını möhkəmləndirən ideyanı 85 konqresmen dəstəkləyir. ABŞ konqresmenləri hətta özlərinin 1989-cu ildə qəbul etdikləri qətnamə ilə tanış olmaq niyyətində deyillər. Tanış olsaydılar, ermənilərin onları necə aldatdıqlarının sübutları ilə tanış ola bilərdilər. ABŞ konqresində Dağlıq Qarabağ tənzimlənməsinə dair ermənilərə dəstəkdən başqa heç bir fikir yaxın buraxılmır. ABŞ-ın demokratiya siyasətində digər Cənubi Qafqaz regionunda heç bir normal demokratik model təqdim edə bilməyib. Tutaq ki, Azərbaycan anadangəlmə antidemokratikdir, Gürcüstanda və Ermənistandakı demokratik vəziyyət də standartdan xeyli uzaqdır".
Politoloq deyib ki, ABŞ-ın bu iki dövlətdə demokratiyanı inkişaf etdirə bilməməsi Azərbaycandan asılıdırsa, ABŞ Azərbaycanın Cənubi Qafqaz regionunun sahibi olduğunu etiraf etməlidir: "ABŞ-ın Azərbaycana qarşı demokratik pozuntulardan istifadə etməsi onun siyasiləri və diplomatları üçün də alçaldıcı göstəricidir. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri R.Kozlariç və Makkeyn mərkəzinin rəhbəri D.Kramer sanki analitik düşüncədən məhrumdurlar. ABŞ-ın regiona bələd olan diplomatları Qazaxıstandakı vəziyyətlə Azərbaycandakı vəziyyətin müqayisəli təhlilini aparsalar, o zaman bəlli olacaq ki, ABŞ-ın Azərbaycana münasibətində neqativ fonu yaradan demokratiya, insan hüquqları ilə əlaqəli məsələlər deyil, yalnız erməni parametrinə söykənən məsələlər yaradır".

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org