"ABŞ Azerbaycani regionun qabaqcil olkesi kimi nuve sammitine devet edib"

6 Yanvar 2016 20:43 – xeber –

Prezident İlham Əliyevin Vaşinqtona IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi ABŞ-ın Qafqazda müstəqil siyasət yürüdən qabaqcıl ölkə kimi Azərbaycana münasibətinin təzahürüdür.

Bunu Trend-ə "Baku Network" ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib.
Onun sözlərinə görə, Azərbaycan-ABŞ münasibətləri məsələsi Helsinki qrupu tərəfindən baxılması üçün ABŞ Konqresinə verilən anti-Azərbaycan qətnaməsi ilə bağlı aktual oldu, lakin zaman göstərdi ki, münasibətlər əhəmiyyətli dəyişikliyə uğramayıb: "Yadda saxlamaq lazımdır ki, ABŞ tərəfindən mənfi təzahürlərlə yanaşı, Dağlıq Qarabağ məsələsi daxil olmaqla bir çox müsbət işarələr də olub".
Ekspert əlavə edib ki, iki ölkənin münasibətləri qarşılıqlı fəaliyyətin müxtəlif sahələrini – hökumətdən enerjiyədək – əhatə edir: "Azərbaycan 2001-ci ilin sentyabrında ABŞ-da qorxunc terror aktına görə başsağlığı vermiş və onu qınamış ilk ölkə olub. Həmin dövrdən bəri iki ölkənin münasibətləri uzunmüddətli sınaqdan keçib və bu müddət ərzində Azərbaycan özünü ABŞ-ın etibarlı tərəfdaşı kimi göstərib. Bununla belə, Ermənistanın diaspor təşkilatları iki ölkənin münasibətlərini korlamağa çalışıb, lakin Bakı və Vaşinqton həmişə bu münasibətlərə dəyər verərək həm iqtisadiyyat, həm də siyasət sahələrində qarşılıqlı maraqları nəzərə almağa çalışıblar".
E.Ələsgərov bildirib ki, Azərbaycanın Vaşinqtonda sammitə dəvət edilməsi iki ölkə münasibətlərinin inkişafında növbəti mərhələ oldu".

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org