ABŞ aviadasiyicisina hucum etdiler

31 Dekabr 2015 18:15 – xeber –
Amerika Birləşmiş Ştatların İŞİD-ə qarşı döyüşmək üçün yola çıxan aviadaşıyıcısı Hörmüz boğazında maneə ilə üzləşib.
Olkem.az anspress-ə istinadən bildirir ki, İŞİD-ə qarşı mübarizə üçün Fars körfəzinə doğru üzən və Amerika Birləşmiş Ştatlarına məxsus "Harri Trumen" aviadaşıyıcı gəmisi Hörmüz boğazından keçərkən, İran raketlərdən döyüş atışı təliminə başlayıb.
Bu barədə ABŞ-ın "ABC" telekanalı amerikalı hərbçilərə istinadən xəbər verir.
Amerikalı hərbçilərin məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun artilleriya hissələri ABŞ hərbi gəmisinə çox yaxın məsafədə, yəni 1,5 kilometr məsafədə raketlərdən döyüş atışı həyata keçirməyə başlayıb.
Döyüş atışı təlimi ərazisində həmçinin ABŞ-ın "Bakli" eskadra mina gəmisi, Fransaya məxsus freqat gəmisi və bir neçə kommersiya gəmisi olub.
Telekanalın məlumatına görə, ABŞ gəmiləri "Beynəlxalq səviyyədə qəbul edilmiş dəniz dəhlizin"dən keçərkən İran Hərbi-Dəniz Qüvvələri radio ilə onlara döyüş atışı təliminə başlamaq qərarını elan edib.
Xəbərdarlıq edildikdən sonra bir neçə idarəolunmayan raket atışı həyata keçirilib.
EBS telekanalının məlumatında vurğulanıb ki, "raketlər gəmilərə tərəf yox, qarşı istiqamətə atılıb və nə ABŞ, nə də digər gəmilər, İran raketlərinin hədəfi olmayıb". Buna baxmayaraq, ABŞ İranın raketlərdən döyüş atışını çox təhlükəli və təxribatçı cəhd kimi qiymətləndirib.
Hörmüz boğazının və Fars körfəzinin şimal hissəsi İranın ərazi sularına daxildir.
ABŞ-ın "Harri Trumen" aviadaşıyıcı gəmisi İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyanın əməliyyatlarına ötən həftə qoşulub.
Dekabrın 29-da aviadaşıyıcı gəminin göyərtəsində olan döyüş helikopterləri İŞİD-ə qarşı aparılan "Sarsılmaz əzm" əməliyyatı çərçivəsində ilk uçuşlarını həyata keçirib.

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org