ABŞ alimleri aciqladi: Bu erazilerimiz mehv olacaq


[r32]
– xeber –
ABŞ ərazisinin böyük hissəsi, o cümlədən Merilend ştatındakı Hərbi-Dəniz Akademiyası, Nyu Yorkdakı Kennedi aeroportu və Prezident Trampın Floridadakı “Mar-a-Laqo” iqamətgahı 2100-cü ilə qədər su altında qala bilər.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu proqnozu ABŞ Milli İdarəsinin Okeanlar və atmosferin tədqiqi şöbəsi və İqlim Mərkəzi (Climate Central) hazırlayıb.
Alimlərin hesablamalarına görə, Antarktida və Qrenlandiyada buzların əriməsi dünya okeanının səviyyəsini 3-3,6 metr yüksəldə bilər. Belə olan təqdirdə isə Nyu Yorkun 800 min əhali yaşayan hissəsi, o cümlədən Florida və digər sahilyanı ştatlar su altında qalacaq.
“Əlbəttə ki, söhbət hesablamalardan gedir, ancaq biz ümid edirik ki, bu faciədən qaça biləcəyik, – okeanoqraf Uilyan Svit deyib. – Su basacaq ərazilər böyük deyil, amma istisnalar da ola bilər”.
İqlim Mərkəzi subasmanın 3D təsvirini də yaradıb və Trampın iqamətganının 2-ci mərtəbəsinədək qalxan suyun səviyyəsini əyani şəkildə göstərib.
Hesabat müəlliflərinin hesablamalarına görə, 1880-ci ildən bu vaxtadək okean suları 2,5 metr qalxıb. Ancaq bu qalxma dünyanın hər yerində eyni dərəcədə müşahidə edilməyib. Bəzi ərazilərdə qrunt sularının çökməsi nəticəsində suyun səviyyəsi daha yuxarı qalxıb.
Qeyd edək ki, Antarktida və Qrenlandiya buzlaqlarının əriməsi dünya okeanının suyunun səviyyəsinin qalxmasının əsas səbəbi sayılır.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org