Abadi tesir altina dusub – Turkiyeden ismaris

14:31 – xeber – Türkiyənin Başikada varlığı qanunsuz deyil. Nə qədər ki, Başikada bizə ehtiyac var, oradan çıxmayacağıq.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Baş nazirinin köməkçisi Numan Qurtulmuş Başika hərbi düşərgəsinə görə İraqla aralarında yaranan gərginliklə bağlı deyib.
 
“Beynəlxalq ictimaiyyət və İraq hökuməti İŞİD-lə həqiqətən də mübarizə aparırsa, hazırda ən mühüm məsələ Mosulun xilası olmalıdır. Türkiyə də məhz Mosula, bu şəhərin əhalisinə dəstək vermək üçün oradadır. İraqın baş naziri başqalarının təsiri altında qalıb, ona görə də siyasətdən danışa bilmir. Əgər siz oraya başqa bir terror qruplaşmasını çağırsanız, İraqda sülhə nail olmaq mümkünsüz hal alacaq. Eyni zamanda, Mosul problemi də həllini tapmayacaq. Məzhəb savaşının nə sünnilərə, nə də şiələrə faydası var. İmperializm hədəfləri olan ölkələr Orta Şərqdə məzhəb savaşı başladıb, buranı parçalamağa çalışır”, – deyə baş nazirin köməkçisi çıxışında bildirib.
 
Qeyd edək ki, İraqın Baş naziri Heydər Abadi Başika böhranına münasibət bildirərkən, Türkiyənin bölgədə ərazi iddialarına əl atacağından ehtiyat etdiyini deyib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org